Supercell — Finlandiyanın Helsinki şəhərində qurulmuş bir videooyun şirkəti.
Supercell | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | videooyun sənayesi[d], proqram təminatı tərtibatı |
Məhsulu | mobil oyun |
Təsis tarixi | 14 may 2010 |
Struktur | |
İşçi sayı |
|
Ana şirkət | Tencent |
supercell.com/en/ | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu ildə yaranmışdır. Bugünə qədərki ən çox bilinən oyunları Clash of Clans, Hay Day, Boom Beach, Brawl Stars və Clash Royale-dır. Supercell 2012-ci ilin sonlarına doğru Clash of Clans oyunundan günlük 2.4 milyon dollar gəlir əldə etməyə başlayaraq ilin ən çox qazanan şirkətləri siyahısına daxil oldu. 2016-cı ildə şirkət Clash Royale adlı oyunu yayımladı və bu oyun həm Android, həm də iOS platformasında ilin ən yaxşı oyunu seçildi.[2]
Sadəcə 3 oyun ilə 2015-ci ildə 2.300.000.000 ABŞ dolları gəlir və 924.000.000 ABŞ dolları mənfəət əldə etmişdir.[3] Ümumi işçi sayı 150 nəfərdir. Şirkətin Helsinki xaricində Seul, Tokio və San-Fransisko olmaq üzrə cəmi 4 ədəd ofisi mövcuddur.
Şirkətin 51 faizlik hissəsini yapon telekom şirkəti SoftBank 1.530.000.000 ABŞ dolları almışdır.
Şirkət haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |