Xörək çuğunduru

Xörək çuğunduru və ya aşxana çuğunduru — digər çuğundur növləri ilə müqayisədə tərkibində şəkər, mineral maddələrvitaminlər nisbətən çoxdur. Onun ətli hissəsi zərif, rəngi tünd qırmızı olur.

Xörək çuğunduru
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Beta vulgaris subsp. vulgaris Conditiva Group[1]

Aşxana çuğundurunda 3,0-12,0% şəkər, 0,5-3,6% azotlu maddə var. Bunlardan zülalın payına orta hesabla 1,5% düşür. 0,4-2,1% sellüloza, 0,1-2,3% kül, 0,7-2% pektin maddəsi, 1,3% pentozanlar olur.

Quru maddənin ümumi miqdarı 15-20%-dir. Monoşəkərlərdən çuğundurun tərkibində 0,3-1,3% qlükoza və fruktoza vardır. Saxaroza çoxluq təşkil edir və onun miqdarı 2,7-10,7%-dir. Yetişmə və saxlanılma zamanı invertaza fermentinin az aktiv olması nəticəsində saxaroza çoxalır. Saxlanılma zamanı saxarozanın inversiyası nəticəsində monoşəkərlərin miqdarı nisbətən artır, lakin saxarozadan çox olmur.[2]

  1. http://www.plantnames.unimelb.edu.au/Sorting/Beta.html.
  2. Ə-C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.