Xüsusi iqtisadi zona — iş və ticarət haqqında olan qanunların ölkənin digər regionlarından fərqli şəkildə icra olunduğu zonalardır. Xüsusi iqtisadi zonalar bir ölkənin milli sərhədləri içərisində yer alır və onların məqsədi ticarət, investisiya və məşğulluğun artırılması və idarəetmənin effektiv təşkil edilməsidir. Müəssisələrin bölgəyə yerləşdirilməsini təşviq etmək üçün maliyyə siyasəti tətbiq olunur. Bu siyasət əsasən, investisiya, vergi, ticarət, kvotalar, əmək hüququ və gömrük ilə bağlıdır. Buna əlavə olaraq şirkətlərə vergi tətili tətbiq edilə bilər; burada bir bölgədə qurulduğundan daha aşağı vergilər xüsusiyyətinə malik olurlar.
Ev sahibi olan ölkə tərəfindən xüsusi iqtisadi zonaların yaradılması, birbaşa xarici investisiya cəlb etmə arzusuyla motivasiya edilə bilər.[1][2] Bir şirkətin xüsusi iqtisadi zonada yerləşərək təmin etdiyi faydalar, beynəlxalq miqyasda rəqabət apara bilmək məqsədiylə daha aşağı qiymətə əmtəə istehsal edib sata biləcəyi mənasına gələ bilər.[1][3]