Xıjı gölü

Xıjı (adıq Хыжъы) — Krasnodar diyrarının Tuapsinski rayonunda yerləşən göl. Göl Krasnodar diyraının hidroloji abidəsi hesab olunur.[1]

Xıjı
adıq Хыжъы
Ümumi məlumatlar
Mütləq hündürlüyü 600 m
Eni 0,050 km
Uzunluğu 0,070 km
Sahəsi 0,01 km²
Dərin yeri 4 m
Orta dərinliyi 1,5 m
Şəffaflığı 0,4 m
Yerləşməsi
44°06′ şm. e. 39°16′ ş. u.
Ölkə  Rusiya
Xıjı xəritədə
Xıjı
Xıjı

Xıjı (Хыжъы) adıq dilindən tərcümədə «kiçik dəniz» mənasını verir. Adıqlar arasında (qismən də şapsuqlarda) göl müqəddəs hesab olunur.[2]

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Xıjı gölü Tuapsinski rayonunda, Kiçik Pseuşxo çayının hövzəsindədir. Göl Peus silsiləsinin şimal yamacında yerləşir. Rayonun böyük göllərindən birirdir. Xıjı Tuapsinski meşə təsərrüfatı ərazisinə daxil olub Kiçik Pseuşxo aulundan 2 km qərbdə yerləşir. Göl Txixuray dağının 5 km-dədir.

Göl özünün indiki ölçülərinə XX əsrin 80-cı illərdə çatmışdır. Buna səbəb ərazidə baş verən böyük sürüşmə səbəb olmuşdur. Sürüşmə nəticəsində Txaşomçuk çayının qollarının birinin qarşısı kəsilmişdir. Əvvələr kiçik ölçüyə malik olan bu gölün sahəsi kəskin olaraq böyümüş və müasir ölçüsünə gəlib çatmışdır.

Xarakteriskası

[redaktə | mənbəni redaktə et]

Meydana gəlməsinə görə göl uçqun-bənd mənşəlidir. Forması ovaldır. Sahil xətti az parçalanmışdır. Gölün sahəsi 0,01 km², uzunluğu 70 metr, eni isə 50 metrdir. Gölün orta dərinliyi 15 metrdir. Gölün mərkəzində ən dərin yeri 17 metrdir.

Göl Tixixuray (924 m) dağının şərq yamacında yerləşir.[3] Ətraf ərazilərdə qarışıq meşələr geniş yayılıb. Suyun rəngi yaşıldır. Bu tip göllər üçün bu rəng xarakterikdir. Açıq havalı günlərdə göl suyu mavi olur.

Göl dibi lil qatı ilə örtülüb.

Subtropik iqlim zonasında yerləşdiyinə görə göl qış aylarında donmur. Ancaq yanvar aylarında çox nazik buz qatı formalaşır. Bu da bir-iki həftə çəkir. Qış aylarının orta aylıq temperaturu 10 °C, yayda isə 28 °C olur.

Bitki və heyvanat aləmi

[redaktə | mənbəni redaktə et]

Heyvanat aləmi yetərincə zəngindir. Kiçik ölçüsünə baxmayaraq göldə xərçəng və balıqlar yetərincə çoxdur. Göl ərtafında qızılağac, əsməqovaq, fıstıq ağacları geniş yayılıb.

Xıjı gölü rayonun ən çox turist cəlb edən göllərindən biridir. Rekreasiya baxımdan göl böyük potensiala malikdir. Göl yaxınlığında turistlər üçün dayanacaqlar inşa edilib. Balıq tutmaq üçün bir neçə taxta körpülər var.

  1. "Озеро Хыжи. — Информация об ООПТ на сайте информационно-аналитической системы «Особо охраняемые природные территории России» (ИАС «ООПТ РФ»)". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
  2. "Озеро Хыжи". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-13.
  3. Лист карты L-37-139 Туапсе. Масштаб: 1 : 100 000. Состояние местности на 1988 год. Издание 1990 г.