Xızrı Şıxsəidov (1 avqust 1947, Buynaksk, Dağıstan MSSR) — rusiyalı dövlət xadimi, siyasətçi. 7 fevral 2013-cü ildən etibarən Dağıstan Respublikası Xalq Məclisinin sədri.[1] Daha əvvəl Rusiya Dövlət Dumasının Vahid Rusiya Partiyasından V və VI çağırış millət vəkili.[2]
Xızrı Şıxsəidov | |
---|---|
7 fevral 2013 – 30 sentyabr 2021 | |
Əvvəlki | Məhəmməd-Sultan Məhəmmədov |
Sonrakı | Zaur Askenderov |
20 avqust 1997 – 13 oktyabr 2004 | |
Əvvəlki | Əbdürrəzzaq Mirzəbəyov |
Sonrakı | Atay Əliyev |
13 oktyabr 2004 – 16 mart 2007 | |
Əvvəlki | Atay Əliyev |
Sonrakı | Malik Baqliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 avqust 1947 (77 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı[d] |
Dini | islam |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xızrı Şıxsəidov 1 avqust 1947-ci ildə Buynaksk şəhərində anadan olub. Milliyyətcə qumuqdur.[1][3][4] 1954-cü ildən 1965-ci ilə qədər Buynaksk şəhər 2 nömrəli məktəbdə təhsil alıb. 1965-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunda bağçılıq və üzümçülük fakültəsinə daxil olub.
1970-ci ildə Dağıstan Kənd Təsərrüfatı İnstitutunu, 1982-ci ildə isə Rostov Ali Partiya məktəbini bitirib.[1]
1970-ci ildən Buynaksk rayonunda kənd təsərrüfatı sahəsində aqronom kimi fəaliyyət göstərməyə başlayıb. 1971-ci ildən Daqsadvintrestdə aqronom kimi, Markovskiy sovxozunun baş aqronomu kimi işə başlayıb. Sonradan müxtəlif vəzifələrdə, partiya orqanlarında və respublikanın kənd təsərrüfatı müəssisələrində fəaliyyət göstərib. 1985–1990-cı illərdə Dağıstan SSR-nın Ali Sovetinin IX çağırış millət vəkili, 1990-cı ildən 1995-ci ilə qədər Dağıstan Respublikasının Ali Sovetinin xalq deputatı olub. 1992-ci ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər Müqaviləli Respublika Korporasiyası olan "Daqvino"-nun prezidenti olub. 1995-ci ildə Dağıstan Respublikasının Xalq Məclisinin deputatı seçilib. Elə həmin ildə Dağıstan Respublikasının Hesablamalar palatasının sədri təyin edilib. 1997-ci ilin avqust ayında Dağıstan Respublikası Hökumətinin sədri təyin edilib. Bunla yanaşı həm də Dağıstan Respublikasının Dövlət Məclisi sədrinin birinci müavini vəzifəsini icra edib. 2004-cü ilin oktyabr ayından Dağıstan Respublikasının Hesablamalar palatasının sədridir. 2007–2013-cü illər arasında Rusiya Federasiyasının Dövlət Dumasının Federal Məclisinin deputatı olub. 2013-cü ilin fevral ayından etibarən Dağıstan Respublikasının Xalq Məclisinin sədridir. Vahid Rusiya partiyasının Ümumrusiya Baş Şurasının üzvü, Dağıstan regional şöbəsinin katibidir.[1]