Xəşəm

Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, UralTerek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır. Xəşəm az saylı balıq olduğu üçün Xəzər hövzəsində ikinci dərəcəli əhəmiyyəti olan balıq sayılır, lakin əti dadlı olduğundan yerli əhalinin çox sevdiyi balıqlardandır. Kür çayı axınının tənzim olunma sı ilə əlaqədar və digər antropogen təsirlər nəticəsində xəşəmin ehtiyatı xeyli azalmışdır və hal-hazırda illik ovu 0,25 tondan çox olmur. Mövcud bioloji şəraitdə xəşəmin ehtiyatının bərpası və artırılması ancaq süni yolla mümkündür. Xəşəmin ehtiyatını süni yolla artırmaq üçün Varvara balıq-artırma zavodunda Cənubi Xəzər xəşeminin süni artırılmasının biotexniki normativləri işlənib hazırlanmışdır. Bu da hər il milyonlarla balıq körpəsini dənizə buraxmağa imkan verir. Yüksək bioloji uyğunlaşma qabiliyyəti, sürətlə böyüməsi və keyfiyyətli ətə malik olması onu Xəzərdə qiymətli təsərrüfat əhəmiyyətli obyektə çevirib.[2]

Xəşəm
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Xəşəm
Beynəlxalq elmi adı

Xarakterik morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədəni uzunsov, yanlardan basıqdır. Ağzı böyükdür və ucda yerləşir. Alt çənə nisbətən uzun, üzəri qabarcıqlı olub yuxarı istiqamət almışdır. Cinsi dimorfizm zəif inkişaf etmişdir. Uzunluğu orta hesabla 48.0 sm, kütləsi 2.0 kq olur. Azərbaycan sularında ovlanmış ən iri fərdlərinin uzunluğu 70 sm, kütləsi isə 6 kq olmuşdur.[3]

Yaşayış yerləri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Keçici balıq olub, Xəzər dənizində yaşayır, çoxalmaq üçün buraya tökülən çaylara (Kür, Lənkərançay, Təngəruçay və s.) daxil olurlar. Su anbarlarında və Kürətrafı göllərdə şirin su populyasiyaları vardır. Ömrün uzunluğu orta hesabla 6–7 il olub, cinsi yetkinliyə 4–5 yaşlarında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd formasındadır.[4]

Xəzərin Azərbaycan sahillərində, buraya tökülən çaylarda, Kürətrafı göllərdə, Varvara, Mingəçevir, Şəmkir, YenikəndNaxçıvan su anbarlarında yayılmışdır.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çoxalması kürüləmə yolu ilə gedir. Kürüsünü bir dəfəyə, çayların və su anbarlarının daşlı və çınqıllı sahələrində tökür. Kürüləməsi suyun temperaturu 10.00C-14.0 0C olduqda mart ayının əvvəllərindən aprel ayının sonlarına qədər davam edir. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü bir dəfəyə tökür.[5]Kürülərinin sayı 46.8 mindən 342.0 min ədədə qədər tökür. Reproduktivliyin periodu ildə bir dəfə hər il, generasiyaların sayı ömrün uzunluğundan asılı olaraq 3–4 dəfə və ya daha çox olur.

Sayı və limit faktorları

[redaktə | mənbəni redaktə et]

Xəşəmin (Aspius aspius) 2 yarımnövü vardır: Cənubi Xəzər xəşəmi (Aspius aspius taeniatus) və Aral xəşəmi (Aspius aspius ibloides). Azərbaycanda Aspius aspius növünün 1 yarım növü qırmızıdodaq həşəm (Aspius aspius taeniatus) yayılmışdır. Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması, süni çoxaldılmanın aparılmaması, limitdən artıq ovlanma və digər antropogen amillər.

Yırtıcı balıq olduğundan iri fərdləri dənizdə, əsasən, xırda balıqlarla (xul və aterina), Kür çayında, Kürətrafı göllərdə və su anbarlarında balıq körpələri, xironomid sürfələri, mizidlərlə, xərçəngkimilərlə və digər onurğasız heyvanlarla qidalanırlar.[6]

Biomüxtəliflikdə rolu

[redaktə | mənbəni redaktə et]

Biomüxtəlifliyin bir kompanentidir. Yetkin fərdləri balıqlarla və digər onurğasız heyvanlarla qidalanır, özləri və körpələri isə digər yırtıcı balıqların, sürünənlərin, balıqyeyən quşlarınməməlilərin qidasını təşkil edir.

İnsan həyatına təsiri

[redaktə | mənbəni redaktə et]

Qiymətli vətəgə balığıdır. Digər vətəgə balıqlarını və onların körpələrini yeməklə müəyyən qədər ziyan verir.

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Ovunun tənzim olunması barədə qanun qəbul edilmişdir, çoxalmaq üçün çaylara girən zaman ovu qadağan edilməlidir, su anbarlarında balıqların çoxalması vaxtı suyun səviyyəsinin kəskin dəyişilməsinə yol verilməməlidir.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh59.
  3. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  4. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
  5. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  6. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Кулиев З.М. Рыбы Залива Кирова Каспийского моря. Баку, Элм, 1989, 184 с.
  5. Кулиев З.М. Карповые и окуневые Южного и Среднего Каспия. Баку, Изд. Араз, 2002, 215 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]