Xəlil Yusifli

Xəlil Həmid oğlu Yusifli (1935, Aslanbəyli, Qazax rayonu15 sentyabr 2022) — Azərbaycan alimi, filologiya üzrə elmlər doktoru, Gəncə Dövlət Universitetinin professoru, Nizami Gəncəvi ədəbi irsinin davamçısı. Əməkdar elm xadimi

Xəlil Yusifli
Xəlil Həmid oğlu Yusifli
Doğum tarixi 1935
Doğum yeri
Vəfat tarixi 15 sentyabr 2022(2022-09-15)
Milliyyəti azərbaycanlı
Elm sahəsi filologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2009
"Şöhrət" ordeni — 2015

Xəlil Yusifli 1935-ci ildə Qazax rayonunun Əli Bayramlı (indiki Aslanbəyli) kəndində kəndli ailəsində anadan olmuşdur. Atası Həmid Ömər oğlu Yusifov 1943-cü ildə İkinci dünya müharibəsində xəbərsiz itkin düşmüş, o qardaşı Ömər və bacısı Mələklə birlikdə anası Tükəzban Həsən qızının himayəsində böyümüşdür. Ailəlidir. Bir oğlu, bir qızı, iki nəvəsi vardır.

1945–1955-ci illərdə Əli Bayramlı (Aslanbəyli) kənd orta məktəbində oxuyub təhsil almış, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş və 1960-cı ildə həmin universiteti bitirmişdir.

1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlamışdır. 1962–1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı olmuş, sonra həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsində əmək fəaliyyətini davam etdirmişdir. 1967-ci ildə "Nizaminin lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi elmi dərəcəsi almışdır. 1969-cu ildə müsabiqə yolu ilə Kirovabad Dövlət Pedaqoji İnstitutunda baş müəllim vəzifəsini tutmuşdur. Həmin vaxtdan indiyə qədər indiki Gəncə Dövlət Universitetində Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs demişdir. 1987-ci ildə "Nizami Gəncəvi və Şərq İntibahı" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1989-cu ildə professor elmi adı almışdır.

15 sentyabr 2022-ci ildə vəfat etmişdir[1].

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1961-ci ildən elmi fəaliyyətlə məşğuldur. Ömrü boyu Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqi ilə məşğul olmuşdur. "Nizaminin lirikası" (Bakı: AEA nəşriyyatı, 1968), "Şərqdə İntibah və Nizami Gəncəvi" (Bakı: Yazıçı, 1982) monoqrafiyaları bu tədqiqatın əsas nəticələridir. Bundan əlavə Nizami ilə bağlı çoxsaylı məqalələr yazıb nəşr etdirmişdir. Bunun nəticəsi olaraq yeni latın qrafikalı əlifbaya keçidlə bağlı 2004-cü ildə Nizami əsərlərinin yeddi kitabda çapa hazırlanması Yusifli Xəlil Həmid oğluna həvalə olunmuşdur.

Bütövlükdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, "Məhsəti Gəncəvi" (Bakı: Yazıçı, 1984) adlı monoqrafiyanın, "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı" dərsliyinin (Ə. Səfərli ilə birgə. Bakı: 1982, 1998, 2004), "Dünya ədəbiyyatı tarixi (Antik dövr). (Bakı: Azərnəşr, 1999) dərsliyinin müəllifidir.

Klassik ədəbiyyatın bir çox nümunələrinin tərcüməsi və tərtibi sahəsində də xeyli iş görmüşdür. M. Əvhədinin "Cəmşidin camı" (Q. Beqdeli ilə, Bakı: Azərnəşr, 1970; Tehran: 1986; Bakı: 2004), Arif Ərdəbilinin "Fərhadnamə" (Bakı: 2007), Məhsətinin "Rübailər", Nizaminin "Sirlər xəzinəsi" (Gəncə: 2008), "Xosrov və Şirin" (Bakı: Adiloğlu, 2011) və bir sıra başqaları da bu qəbildəndir.

O, ilk dəfə Həqirinin "Leyli və Məcnun" poemasını tərtib edərək geniş önsözlə nəşr etdirmişdir. 2007-ci ildə Yusifli Xəlil Həmid oğlu Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə önsöz və çevirmələrlə birlikdə hər biri 400 səhifə həcmində olan daha yeddi kitab tərtib edərək nəşr etdirmişdir. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin əsərlərindən ibarət olan bu kitablar alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir.

Xəlil Yusifli Ə. Səfərli ilə birlikdə orta məktəbin IX sinfi üçün "Ədəbiyyat" dərsliyi yazmış və bu dərslik 1993–2003-cü illərdə beş dəfə nəşr olunmuşdur.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xəlil Yusifli pedaqoji fəaliyyətə 1969-cu ildən o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunda başlamışdır. O, əvvəlcə Dünya ədəbiyyatı tarixi üzrə mühazirə və seminar dərsləri aparmışdır. Ancaq sonra elmi ixtisas sahəsi nəzərə alınaraq ona Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən mühazirə və seminarlar aparmaq həvalə olunmuşdur. O, həmin sahə üzrə pedaqoji fəaliyyətini indi də davam etdirir. Tədris etdiyi fənn üzrə tədqiqat və dərsliklər müəllifi olması Yusifli Xəlil Həmid oğluna imkan verir ki, dediyi dərsləri tələb olunan səviyyədə aparsın. O, dərs zamanı çalışır ki, tələbələrin diqqətini əsas mətləbə yönəltsin.

Xəlil Yusiflinin bədii yaradıcılığı da onun elmi ixtisas sahəsi ilə bağlıdır. O, klassik Azərbaycan ədəbiyyatının bir çox nümunələrini mənzum şəkildə tərcümə edərək nəşrinə nail olmuşdur. Bu tərcümələrin bir qismi "Hikmət xəzinəsi" adlı müntəxəbatda (Bakı: Maarif, 1992) və başqa kitablarda nəşr edilmişdir. Bir qismi isə ayrıca kitablar şəklində nəşr olunub. Bundan əlavə X. Yusiflinin "Avey, hey" (Gəncə: 2005) və "Hanı, o günlər, hanı?" (Bakı: Oka, 2007) adlı şeirlər kitabları nəşr olunmuşdur. Bu kitablarda olan şeirlər daha çox əruz vəznində yazılmışdır. Bunlarad günümüzün əks-sədası əsasdır.

Xəlil Yusiflinin elmi fəaliyyətinin ən mühüm nəticəsi ali məktəb üçün iki dərsliyin yazılmasıdır. O, Azərbaycan ədəbiyyatı tarixinin qədim və orta əsrlər dövrünün ən yaxşı bilicilərindən biri kimi, Əlyar Səfərli lə birlikdə ali məktəb üçün həmin dövr Azərbaycan ədəbiyyatının ilk dərsliyini yazmış, eyni zamanda qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının on il ərzində tədris olunan orta məktəb dərsliyinin iki müəllifindən biri olmuşdur. Onun araşdırmalarından ali və orta məktəb dərsliklərində indi də istifadə olunmaqdadır.

Ən mühüm elmi nəticələrin məzmunu, çap olunduğu jurnal, tətbiqi, elmi və ictimai faydalılığı.

  • "Şah İsmayil Xətayinin həyatı və sənət dünyası". Bakı, 2022, 40 səh.
  1. Nizaminin lirikası. Bakı: AEA nəşriyyatı, 1968.
  2. Şərqdə İntibah və Nizami Gəncəvi. Bakı: Yazıçı, 1982.
  3. Məhsəti Gəncəvi. Bakı: Yazıçı, 1984.
  1. Ədəbiyyat. IX sinif üçün dərslik. Bakı: Təhsil, 1994 – 2003 (Ə. Səfərli ilə).
  2. Dünya ədəbiyyatı tarixi (Antik dövr). Ali məktəb üçün dərslik. Bakı: 1999 (müştərək).
  3. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Dərslik. Bakı: Maarif, 1982 (Ə. Səfərli ilə).
  4. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Dərslik. Bakı: Ozan, 1998 (Ə. Səfərli ilə).
  5. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Dərslik. Bakı: 2008 (Ə. Səfərli ilə).
  6. Azərbaycan ədəbiyyatı tarixi. Tehran: 1998 (Ə. Səfərli ilə).

Tərcümə və tərtiblər

[redaktə | mənbəni redaktə et]
  1. Marağalı Əvhədi. CamiCəm. Bakı: Azərnəşr, 1970 (Tərcümə edənlər Q. Beqdeli və X. Yusifli).
  2. Marağalı Əvhədi. CamiCəm. Bakı: 2004 (Tərcümə edənlər Q. Beqdeli və X. Yusifli).
  3. Marağalı Əvhədi. CamiCəm. Tehran: 1986 (Tərcümə edənlər Q. Beqdeli və X. Yusifli).
  4. Məhsəti Gəncəvi. Rübailər. Tərtib edən X. Yusifli, tərcümə edən N. Rəfibəyli, X. Yusifli. Bakı: 2004.
  5. Xaqani Şirvani. Seçilmiş əsərləri. Önsöz və elmi redaktor X. Yusifli. Bakı: 2004.
  6. Nizami Gəncəvi. Lirika, filoloji tərcümə. Tərtib, önsöz və elmi redaktə müəllifi X. Yusifli. Bakı: Elm, 1983.
  7. Nizami Gəncəvi. Lirika. Tərtib, önsöz və elmi redaktə müəllifi X. Yusifli. Bakı: 2004.
  8. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Çapa hazırlayan, önsöz və redaktənin müəllifi X. Yusifli. Bakı: 2004.
  9. Nizami Gəncəvi. Xosrov və Şirin. Çapa hazırlayan və redaktor X. Yusifli. Bakı: 2004.
  10. Nizami Gəncəvi. Leyli və Məcnun. Çapa hazırlayan, önsöz və redaktənin müəllifi X. Yusifli. Bakı: 2004.
  11. Nizami Gəncəvi. Yeddi gözəl. Çapa hazırlayan və önsözün müəllifi X. Yusifli. Bakı: 2004.
  12. Nizami Gəncəvi. Şərəfnamə. Çapa hazırlayan və redaktor X. Yusifli. Bakı: 2004.
  13. Nizami Gəncəvi. İqbalnamə. Çapa hazırlayan və redaktor X. Yusifli. Bakı: 2004.
  14. Hikmət xəzinəsi. Klassik Azərbaycan ədəbiyyatı müntəxəbatı. Tərtib edənlər Ə. Səfərli X. Yusifli. Bakı: Maarif, 1992.
  15. Şah İsmayıl Xətai. Əsərləri. Tərtib edənlər Ə. Səfərli X. Yusifli. Önsözün müəllifi X. Yusifli. Bakı: 1988.
  16. Şah İsmayıl Xətai. Əsərləri. Tərtib edən və önsözün müəllifi X. Yusifli. Bakı: Oka, 2005.
  17. Məhəmməd Füzuli. Seçilmiş əsərləri. Tərtib edən və önsözün müəllifi X. Yusifli. Bakı: Oka, 2005.
  18. 27. Xaqani Şirvani. Seçilmiş əsərləri. Tərtib edən və önsözün müəllifi X. Yusifli. Bakı: Oka, 2005.
  19. İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2005.
  20. Həqiri Təbrizi. Leyli və Məcnun. Tərtib və önsözün müəllifi. Bakı: 2004.
  21. Qazi Bürhanəddin. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  22. XIIIXVIII əsrlər Azərbaycan poeziyasından seçmələr. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  23. Vidadi. Vaqif. Əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  24. Qasım bəy Zakir. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  25. Seyyid Əzim Şirvani. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  26. Mirzə Ələkbər Sabir. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı, 2007.
  27. Məhəmməd Hadi. Seçilmiş əsərləri. Tərtib, önsöz və çevirmələrin müəllifi X. Yusifli. Bakı: 2007.
  28. Arif Ərdəbili. Fərhadnamə. Tərcümə və önsözün müəllifi X. Yusifli. Bakı: 2007.
  29. Nizami Gəncəvi. Sirlər xəzinəsi. Farscadan tərcümə və önsözün müəllifi X. Yusifli. Gəncə: 2008.
  30. Akademik Həmid Araslı – 100. Gəncə: 2009.
  31. Məhsəti Gəncəvi. Rəziyyə Gəncəvi. Şeirlər. Tərcümə, önsöz və tərtibin müəllifi X. Yusifli. Gəncə: 2009.
  1. Kəpəz TV. "Nizamişünas alim ilə vida mərasimi keçirilib" (az.). Youtube.com. 16.09.2022. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  2. "Gəncə Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-16.
  3. X. H. Yusiflinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]