Xəstə Bayraməli (azərb. Xudiyev Bayraməli Abbasəli oğlu; 10 iyul 1899, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 1952, Nərimanlı, Basarkeçər rayonu) — Azərbaycanlı şair[1].
XƏSTƏ BAYRAMƏLİ | |
---|---|
Bayraməli Abbasəli oğlu Xudiyev | |
| |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Fəaliyyəti | şair |
Xəstə Bayraməli Vikimənbədə |
Xəstə Bayraməli 10 iyul 1899-cu ildə Göyçə mahalının Nərimanlı kəndinə anadan olub[2]. Çox erkən yaradıcılığa başlayıb. Sinəsində yeddi oğul dağı gəzdirən qeyri-adi həyatı, qısa, lakin mənalı ömrü taleyin amansızlıqları ilə üzləşib.
Zəngin yaradıcılığı, epik-lirik poema səpgili hekayətləri, əruz vəznində yazdığı qəzəlləri, beşlikləri, doqquzluqları ilə Göyçə ədəbi mühitini aşıq relsindən çıxarıb və ona yeni bir ab-hava gətirib. Yazılı ədəbiyyatla şifahi xalq ədəbiyyatı arasında möhtəşəm bir körpü salıb. O, çox nadir sənətkardır ki, qəzəllərini və hekayətlərini xanəndələr, sözlərinə yazılan bəstəkar mahnılarını müğənnilər, qoşmalarını, gəraylılarını, təcnislərini, müxəmməslərini, divanilərini aşıqlar oxuyur.[3]
Bir neçə mövzuda yazdığı silsilə şeirlərinə xanəndələrin, müğənnilərin ifasında yazılan audio-kassetlər bütün Şərq aləminə yayılıb. Şairin "Durnalar" şeirinə yazılan bəstəkar mahnısının çox maraqlı alınan klipi məzmununa görə böyük maraq doğurub. Onun Azərbaycanda, qardaş Türkiyədə və İranda dərc olunan kitabları milyonlarla poeziya həvəskarının stolüstü saxlancına dönüb.
1987-ci ildə "Yazıçı" nəşriyyatında buraxılan "Mənim Göyçəm" adlı şeirlər kitabı neçə illər ərzində öz populyarlığını saxlayır. 2003-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərindəki "Əxdər" nəşriyyatında fars əlifbası ilə dərc edilən "Mənim Göyçəm" kitabı da o taylı ellərimizin böyük marağına səbəb olub[4].
2008-ci ildə "Nərgiz" (Bakı) nəşriyyatında Xəstə Bayraməlinin öz misrası ilə ad alan böyük tirajlı "Mən ulu Göyçəmin şair oğluyam" ünvanlı kitabı da geniş oxucu kütləsinin və mütəxəssislərin maraq dairəsindədir.
Bunlardan əvvəl və sonra da bir çox almanaxlarda şairin əsərləri özünəməxsus yer tutmuşdur.
Hələ sağlığında onun bütün həyatı canından əziz bildiyi doğma Göyçəsinə olan erməni təzyiqləri ilə mübarizələrdə keçib. Və bununla yanaşı möhtəşəm Göyçə epopeyasını yaradıb.
1952-ci ildə vətənpərvər şair, son dərəcə xeyirxah insan Xəstə Bayraməli ana yurdu Nərimanlı kəndində vəfat edib.[5]
14 aprel 1995-ci il tarixində Azərbaycan Dövlət Filarmoniyasında ulu Göyçənin qüdrətli söz ustadı, şair Xəstə Bayraməlinin 95 illik yubileyi keçirilmişdir[6].
Tədqiqatçı-jurnalist Maşallah Xudubəyli Xəstə Bayraməlinin oğludur.
Pərviz Həbib oğlu Səmədov isə Xəstə Bayraməlinin nəvəsidir.