Xətai Alıyev

Xətai Şahin oğlu Alıyev (14 iyul 1989, Bakı) — Azərbaycanlı iqtisadçı alim, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent,[1] Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri,[2] UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri,[1] "ASERC Journal of Socio-Economic Studies" beynəlxalq elmi jurnalının baş redaktoru.

Xətai Alıyev
Doğum tarixi 14 iyul 1989(1989-07-14) (34 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti iqtisadçı, tədqiqatçı, baş redaktor
Elmi dərəcəsi
  • iqtisad üzrə fəlsəfə doktoru[d]
Elmi adı

Xətai Alıyev 14 iyul 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini Tovuz rayonu V. Kazımov adına Çobansıxnaq kənd orta məktəbində almışdır. 2005–2010-cu illərdə Qafqaz Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012–2014-cü illərdə isə Şimali Kipr Türk Respublikasının Şərqi Aralıq Dənizi Universitetində İqtisadiyyat ixtisası üzrə magistratura təhsili almışdır.[3][4]

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başladığı dissertantura təhsilini 2 ilə bitirərək 2017-ci ildə "Büdcə siyasətinin effektivliyinin ekonometrik təhlili" mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.[3][5]

Ailəlidir. 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xətai Alıyev əmək fəaliyyətinə 2014-cü ildə Qafqaz Universitetində başlamışdır. Sonrakı illərdə Bakı Mühəndislik UniversitetindəAzərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi çalışmışdır. Hazırda, hər iki universitetdə müəllim kimi elmi fəaliyyətini davam etdirir.[6][7]

2017-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Beynəlxalq iqtisadiyyat (ingilis dilli)" kafedrasının müəllimi və həmin ilin dekabrından UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktorudur.[3] Tədqiqat mərkəzinin rəhbəri kimi tələbələri tədqiqat fəaliyyətinə cəlb etmək üçün "Tədqiqat vaxtı", "Gələcəyin tədqiqatçıları" kimi bir sıra layihələr həyata keçirmiş,[8][9] o cümlədən xaricdə təhsil üzrə məlumatlandırıcı seminarlar təşkil etmişdir.[1]

2022-ci ilin sentyabr ayından "Beynəlxalq iqtisadiyyat" (ingilisdilli) kafedrasının müdiri (hazırda "Beynəlxalq iqtisadiyyat və biznes" adlanır) vəzifəsinə keçirilib.[3]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2 kitab və 50-yə yaxın elmi məqalənin müəllifidir. Elmi tədqiqatların aparılması və sorğuların keçirilməsi məqsədilə yaradılan "ASERC MMC"nin ideya müəllifi və həmtəsisçisidir. ASERC nəzdindəki ASERC Journal of Socio-Economic Studies beynəlxalq elmi jurnalının yaradılması təşəbbüsünün müəllifi və baş redaktorudur.[4][10]

Onun elmi fəaliyyətinin əsas istiqamətini sosyo-iqtisadi tədqiqatlar təşkil edir. Xətai Alıyevin tədqiqatlarında həyat məmnuniyyətinin ölçülməsi əhəmiyyətli yer tutur.[11][12] Metodoloji cəhətdən isə Alıyevin tədqiqatları empirizim cərəyanına aid edilə bilər.[13]

İndiana Bluminqton Universitetində (Fullbrayt),[14] Boloniya UniversitetindəDunaujvaros Universitetində (Erasmus+ HE Personal Mobility Program) beynəlxalq mobillik proqramlarında iştirak etmişdir.[4]

Alıyev 2022-ci ildə rəhbərlik etdiyi tədqiqatçı heyəti ilə birgə "Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri: kim nə istəyir?" layihəsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin I daxili qrant müsabiqəsində qalib olmuş, 2023-cü ilə layihəni uğurla başa çatdıraraq, tədqiqat nəticələrinin yer aldığı eyniadlı kitabı həmmüəllif kimi dərc etdirmişdir.[15]

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • EViews tətbiqli EKONOMETRİKA: Nəzəri-praktiki vəsait, 2022, Mücrü Nəşriyyatı, Bakı, Azərbaycan.
  • WTO Membership and South Caucasus Economies, 2014 LAP Lambert Academic Publishing, Saarbrükken, Almaniya.

Həmmüəllif kimi

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycanda Universitet-Dövlət-Sənaye Əlaqələri: Kim Nə İstəyir? 2023, UNEC Nəşriyyatı, Bakı, Azərbaycan.[16]
  • 2018-ci ildə Təhsil Nazirliyi və "Bakı Ekspo 2025" Əməliyyat Katibliyi tərəfindən keçirilən elmi məqalə müsabiqəsinin qalibi olmuşdur.[17]
  1. 1 2 3 "Magistraturanı xaricdə oxumaq istəyən tələbələr üçün seminar". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 22.12.2022. İstifadə tarixi: 28 dekabr 2022. UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev xaricdə təhsil almağın üstünlüklərini və digər önəmli məqamları açıqlayıb.
  2. "Dünyanın aparıcı konsaltinq şirkəti UNEC tələbələri üçün "peşəkar koç" xidməti göstərib". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 20.10.2022. İstifadə tarixi: 28 dekabr 2022. Sonda “McKinsey” konsultantları və Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müdiri Xətai Alıyev tədbirin əhəmiyyəti və tələbələrin gələcək karyera seçimində rolu ilə bağlı müzakirə aparıblar, əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin faydalı olacağını bildiriblər.
  3. 1 2 3 4 "UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — Alıyev Xətai Şahin". unec.edu.az. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  4. 1 2 3 "Team | UNEC Empirical Research Center". UNEC ERC (ingilis). 2022-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  5. "UNEC-in gənc müəllimi Xətai Alıyev: Rəqəmlər danışır və danışdırır!". azedu.az (az.). 1.12.2021. İstifadə tarixi: 28 dekabr 2022. 2016-cı ilin yanvarında AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Ekonometriya ixtisası üzrə başlayan dissertantura təhsilini 2 il ərzində tamamlayaraq, iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
  6. "Xətai Alıyev". beu.edu.az. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  7. "Khatai Aliyev CV" (PDF). erc-unec.com. 2022-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-27.
  8. "UNEC-in tələbələri elmi fəaliyyətə cəlb olunurlar". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 18.03.2019. İstifadə tarixi: 28 dekabr 2022. O, Empirik Tədqiqatlar Mərkəzi və beynəlxalq iqtisadiyyat kafedrası tərəfindən tələbələr üçün “Tədqiqat vaxtı” layihəsinin həyata keçirildiyini diqqətə çatdırıb.
  9. ""Gələcəyin tədqiqatçıları"". xalqqazeti.az (az.). Xalq qəzeti. 19.11.2023. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2023.
  10. "ASERC | Aims and Scope". www.ajses.az. 2022-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-27.
  11. "UNEC-də "Elm günləri" keçirilir". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 16.03.2021. İstifadə tarixi: 28 dekabr 2022. Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev “Vətən müharibəsinin cəmiyyətdə düşüncə transformasiyasına və əhalinin həyat məmnuniyyətinə təsiri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi Vətən müharibəsinə konseptual çərçivədə baxış ortaya qoyaraq, əhalinin həyat məmnuniyyətinə təsir edən qeyri-maddi və maddi faktorlardan danışıb.
  12. "UNEC-də müzakirə: Vətən müharibəsinin əhalinin həyat məmnuniyyətinə gözlənilən təsirləri". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 06.11.2020. İstifadə tarixi: 28 dekabr 2022. Sonra UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev mövzuya dair təqdimatla çıxış edib. Məruzəçi Vətən müharibəsinin, Qarabağın azad olunması aspektində əhalinin həyat məmnunluğu səviyyəsinə təsir göstərən qeyri-maddi və maddi faktorlarını açıqlayıb.
  13. "UNEC-də Qarabağda məskunlaşmaq istəyənlərlə bağlı empirik təhlillər aparılıb". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 25.10.2022. İstifadə tarixi: 28 dekabr 2022. UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri Xətai Alıyev mövzu ilə bağlı aparılan empirik təhlilləri təqdim edib.
  14. "Elmin populyarlaşdırılması istiqamətində müzakirələr aparılıb". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 03.03.2022. İstifadə tarixi: 28 dekabr 2022. Dəyirmi masada hazırda ABŞ-nin İndiana Universitetində tədqiqatçı kimi fəaliyyət göstərən UNEC-in müəllimi Xətai Alıyev elmi tədqiqatlara marağın artırılması və gənclərin bu istiqamətə yönləndirilməsində sistemli yanaşmanın tətbiqinin vacibliyindən danışıb.
  15. "Xətai Alıyev: Azərbaycanda universitet-dövlət-sənaye əlaqələri uğurla tədqiq edilib". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 16.06.2023. İstifadə tarixi: 19 iyun 2023.
  16. "Universitet-dövlət-sənaye əlaqələrindən bəhs edən tədqiqat layihəsinin nəticələri təqdim olunub". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 16.06.2023. İstifadə tarixi: 18 iyun 2023.
  17. "UNEC-in gənc müəllimi "Bakı Ekspo 2025" elmi məqalə müsabiqəsinin qalibi olub". azertag.az (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 22.11.2018. İstifadə tarixi: 28 dekabr 2022. “İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilən elmi məqalə müsabiqəsinin qalibi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru və beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının gənc müəllimi Xətai Alıyev olub.