Xəyalə Manaflı

Xəyalə Manaflı (19 mart 1985, Bakı) — müğənni, televiziya aparıcısı.

Xəyalə Manaflı
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Xəyalə Manaflı 1985-ci il martın 19-da Bakıda anadan olub. 1990-cı ildən böyük səhnədə çıxışlar edib. Azərbaycan estrada səhnəsində ilk uşaq estrada müğənnisidir.

1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konserti olub. 1991-1998-ci illərdə xüsusilə onun üçün yazılmış 40-a yaxın mahnılar hələ uşaq ikən ona şöhrət gətirib. Uşaq mahnılarına çəkilmiş ilk kliplər də onundur. İlk uşaq televiziya aparıcısıdır.

1991-1999-cu illərdə Azərbaycan Televiziyasında Bax belə, Xəzər studiyasında "7…17" telemüsabiqəsinin, "BMTİ" müstəqili televiziya kanalında "Xəyalə və dostları", Azərbaycan televiziyasının 2-ci proqramında "Çərək, çərək, gəl görüşək" adlı musiqili, əyləncəli, uşaq və yeniyetmə proqramlarının aparıcısı olub.

1992-ci ildə "7…17" telemüsabiqəsinin qalibi olub. 1994-1999-cu illərdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olub. 1992-2003-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano və vokal ixtisasları üzrə təhsil alıb.

2003-2007-ci illərdə Bakı Musiqi Akademiyasında vokal ixtisası üzrə xalq artisti, professor Xuraman Qasımovanın sinfində təhsil alıb. "Bakı payızı-2003" gənc estrada ifaçıları müsabiqəsinin 1-ci yer laureatı adına layiq görülərək diplomla təltif edilib. Nikoil Bank və Mədəniyyət nazirliyinin xüsusi mükafatını alıb.

2003-cü ildən uşaq musiqi məktəbində vоkаl ixtisası üzrə dərs deyərək, müəlliməlik fəaliyyətini davam еtdirir.

2006-cı ildə "İki sevgi" adlı ilk musiqi albomu işıq üzü görüb. 2007-2009-cu illərdə ATV kanalında "Bizdən Sizə" verilişinin aparıcısı olub.

2009-cu ildə ANS kanalında "AvtoBaz"verilişinin aparıcısı olub. 2009-cu ildən "Nurlu Həyat" könüllülərdən ibarət xeyriyyə qrupunun üzvüdür. 2009-cu ildən etibarən "JAM Mediya" reklam şirkəti ilə əməkdaşlıq edib və TV - Radio üçün müxtəlif reklam çarxlarını səsləndirib.

2011-ci ildə Lider kanalında "Creative Time" reklam proqramının aparıcısı olub. 2012-ci ildən ANS kanalında "Red studio" maqazin proqramının aparıcısıdır. 2013-cü ildən etibarən "Azərbaycan Dövlət Filarmoniyasi"nın solistidir. 2014-cü ildə Lider kanalında "Bu saat" musiqili proqramının aparıcısı olub.

Bu günə qədər çox sayda Dövlət əhəmiyyətli tədbirlərinin və korporativ şirkət tədbirlərinin aparıcısıdır. 2012-ci ildən etibarən "BUTA studio" gözəllik salonunun Reklam simasıdır və PR meneceri vəzifəsində işləyir.

Sevimli məşğuliyyəti yaxşı musiqiyə qulaq asmaq, müxtəlif bəzək əşyalarını, səhnə aksesuarlarını öz əli ilə hazırlamaq, moda və dizaynla məşğul olmaqdır. Arzusu sevilən və peşəkar müğənni olmaq, teleaparıcı kimi fəaliyyət göstərməkdir. 20 illik səhnə fəaliyyəti ərzində Azərbaycan və xarici estrada mahnıları, Azərbaycan xalq mahnıları, qədim romans və klassik əsərlərdən ibarət zəngin repertuarı yaranıb.

  1. Gülümsə üzümə, Azərbaycanın — rejissor: Natiq Qəzənfəroğlu
  2. Küçədə oxunan mahnı və ya Xəyalə, hara belə — rejissor: Asif Abramov
  3. Harada qalır xoşbəxtlik — rejissor: Natiq Qəzənfəroğlu
  4. Dağlarda mahnı — rejissor: Asif Abramov
  5. Nə isə gözləyirəm — rejissor: Natiq Qəzənfəroğlu
  6. Bəlkə də — rejissor: Nərgiz Cabbarova
  7. Nəğmələr (Yаlçın Rzazadə ilə duet) — ABA telekanalı
  8. İnan sabahlara (CRAZY qrupu ilə) — rejissor: Samirə Cəfərova
  9. İlk məhəbbət — rejissor: Kamran Məmmədov
  10. Məhəbbəti duymayım heç — rejissor: Elrəng
  11. Ürəyimdə sözüm var — rejissor: Хаnlar Аğayev
  12. Cücələrim (Can Bala qrupu ilə) — rejissor: Hüseyn Cavadzadə
  13. Sevgiyə bir addım (feat Ramil Klan-A-Plan) — rejissor: Nail Naiboglu
  14. Sən — rejissor: Kənan Musayev
  1. Kişiləri qoruyun (film, 2006)
  2. 5+ (film, 2014-2015) (bədii serial) (rol: Sevanın bacısı)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]