Xəyal Rza

Xəyal Rza (17 aprel 1980, Kəbirli, Jdanov rayonu) — şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, AYB.az saytının baş redaktorudur.

Xəyal Rza
Xəyal Məhəmməd oğlu Rzazadə
Doğum tarixi 17 aprel 1980(1980-04-17) (44 yaş)
Doğum yeri
Anası Tamaşa Xəyali
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xəyal Rza 17 aprel 1980-ci ildə Beyləqan rayonunda anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə calışmışdır. 1997-ci ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Redaktorlar Birliyinin üzvü olmuşdur[1].

Qəzetdə şöbə müdiri, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. Elə ilk kitabı da 2001-ci ildə "O dünyaya məktublar" (məqalələr) adlanır. Şair olaraq şeirə klipi ilk dəfə Xəyal Rza çəkdirmişdir[1].

Beynəlxalq Türkdilli Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. 7 kitab, 3 şeirlər audio kitabının müəllifidir. "Aşk olsun" adlı şeirlər kitabı 2017-ci ildə Türkiyədə çap edilib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək, ayrı-ayrı ölkələrdə qəzet, jurnal və almanaxlarda çap edilib. 2015-ci ilədən İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzvü və Azərbaycan Təmsilçisidir.

2010-cu ildən hər il 5 iyun tarixində keçirilən Şairlər Günü layihəsinin ideya müəllifi və təşkilatçısıdır.

Türkiyədə və Azərbaycanda önəmli mükafatlara layiq görülmüşdür. Azərbaycan və Türkiyə müğənnilərinin ifalarında səslənən onlarla mahnıların söz müəllifidir[1].

"Xəyal prodakşn" adlı jurnalı var. "Xəyal prodakşn"nın bütün layihələri Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya tanıdılması ilə bağlıdır.

Beynəlxalq Mahmud Kaşqari Fondunun sədr müavindir.

2019-cu ilədən Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəridir.

  • 2011-ci ildə İstanbulda Avropa Qazeteciler Dernegi tərəfindən "Yılın en iyi şairi";
  • 2011-ci ildə Bakıda Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "İlin yeni nəsil şairi";
  • 2014-cü ildə Türkdilli Beynəlxalq Jurnalitslər Birliyi tərəfindən Türkiyənin Bartin şəhərində "İsmayıl Qaspıralı – Qəzetəçilik Məslək Ödülü" mükafatlarına layiq görülüb.
  • 2019-cu ildə Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliği (İLESAM) tərəfindən Ankarakada təşkil edilmiş III Milli Birlik Simpoziumunda "Türk Dünyası Onur Medalına" layiq görülüb.
  • 27.05.2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
  • "O dünyaya məktublar" (məqalələr) 2001-ci il
  • "O dünyada görüşərik" (şeirlər) 2001-ci il
  • "Ötən ilin uğurları" (məqalələr) 2005-ci il
  • "Söz dünyası" (şeirlər) 2007-ci il
  • "Uğurun olum" (şeirlər) 2011-ci il
  • "Aşk olsun" (Türkiyə) (şeirlər) 2017-ci il
  • "The World Smells Love" (şeirlər ingilis dilində) 2021-ci il
  1. 1 2 3 "AYB-nin yeni mətbuat katibi". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-11.