Xəyallar hara gətirə bilər (film, 1998)

Xəyallar hara gətirə bilər (ing. What Dreams May Come) — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi.

Xəyallar hara gətirə bilər
ing. What Dreams May Come
Janr fentezi, dram, melodram
Rejissor Vinsent Uord
Prodüserlər

Stiven Doyç

Barnet Beyn
Alan S. Blomkvist
İcraçı prodüserlər Ronald Bass
Ted Fild
Erika Haggins
Skott Krupf
Əsərin müəllifi Riçard Metison
Ssenari müəllifi Ronald Bass
Baş rollarda Robin Vilyams
Kyuba Qudinq, kiçik[ing.]
Annabella Şıorra[ing.]
Maks fon Südov
Operator Eduardu Serra
Bəstəkar Maykl Keymen
Quruluşçu rəssam Euxenyo Sanetti
Montajçı Devid Brenner[d]
İstehsalçı Interscope Communications
Distribütorlar PolyGram Filmed Entertainment
Netflix
FandangoNow
İlk baxış tarixi 2 oktyabr 1998
Müddət 113 dəqiqə
Büdcə 85 000 000 $
Gəlir 55 382 927 $
Ölkələr ABŞ ABŞ
Yeni Zelandiya Yeni Zelandiya
Dil ingilis
İl 1998
Rəng rəngli
Çəkiliş yeri Venesuela, ABŞ
IMDb ID0120889
Mükafatları 1 Oskar

Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu.

Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır.

Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.

Bir müddət sonra tam tənhalığa dözə bilməyən Enni intihar edir. Bu ölümcül günaha görə onun ruhu cəhənnəmə düşür. Bundan xəbər tutan Krisin ruhu arvadını axtarmağa başlayır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]