Xəyyad Abbasov

Xəyyad Sovet oğlu Abbasov (13 mart 1963; Qırılı, Ağstafa rayonu, Azərbaycan SSR12 fevral, 1994; Kəlbəcər rayonu, Azərbaycan) ― Birinci Qarabağ müharibəsi şəhidi.

Xəyyad Abbasov
Abbasov Xəyyad Sovet oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırılı, Ağstafa rayonu
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Murovdağ, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qırılı, Ağstafa
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1993-1994
Rütbə Əsgər
Döyüşlər Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Abbasov Xəyyad Sovet oğlu 1963-cü ilin 13 martında Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. Orta təhsilini Qırılı kənd tam orta məktəbində bitirdikdən sonra təhsilini davam etdirərək, Qazax peşə məktəbini bitirmişdir.

Hərbi xidmətini başa vurduqdan sonra Gəncə xalça sexinin Qırılı kənd fillialında motorist kimi çalışmağa başlamışdır.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sovet Ordusu sıralarında Altay vilayətində hərbi xidmətdə olmuşdur.

Birinci Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

1994-cü ildə könüllü olaraq Azərbaycan ordusunun sıralarına qatılmış və 1 aylıq təlimdən sonra Kəlbəcərə yollanmışdır. Elə həmin ilin 12 fevralında Murovdağ istiqamətində gedən qızğın döyüşlər zamanı 4 nəfər döyüş yoldaşı ilə birlikdə şəhid olmuşdur.

Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]