Xəzər çömçəxulu

Xəzər çömçəxulu (lat. Benthophilus macrocephalus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin çömçəxul cinsinə aid heyvan növü.

Xəzər çömçəxulu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Ranqsız:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
Növ:
Xəzər çömçəxulu
Beynəlxalq elmi adı

Xəzər dənizində sahil boyu şimaldan cənuba qədər yayılmışdır. Yalamadan Sumqayıta və Nordost qoltuğundan Lənkəranın cənub hissəsinə qədər azsaylıdır. Abşeron və Astara yaxınlığında qeydə alınmamışdır.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

D III-IV,I 7-8 (9) ,A I (6) 7-8-dir.Bel sırasında 23-25 ziyil olur. Uzunluğu 116 mm-ə qədər olur.Bədəni gödəlmiş, güclü şəkildə enlənmişdir. Başı və bədənin ön hissəsi basıqdır. Gözlərin arasında novşəkilli çökək yoxdur. Bel çıxıntıları sırası başın üst hissəsinə qədər uzanır. Bədənində iri xallar yoxdur. Qarın tərəfi çılpaqdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Xəzərin endemik balıqlarındandır. Xəzər dənizində çömçə xulların 18 növü qeydə alınmışdır. Dənizin hər yerində yayılmışlar. Xərçənglərin və suitilərin qidasını təşkil edirlər.

Bir yaşında cinsi yetişkənliyə çatır.Kürüsünü hissə ilə tökür. May-iyun aylarında Orta və Cənubi Xəzərin qərb sahillərində kürü tökür. Dişi çömçəxulun verdiyi kürünün miqdarı 794 - 3536 ədəd olur. Sürfələr dibdə böyüyür.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti yoxdur[2].

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Əsgerov F.S., Zaytsev Y.Y., Qasımov R.Y., Quliyev Z.«Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları» “Bəşər-XXI” nəşriyyatı, Bakı, 2003,  səh78.