Xəzər kumjası

Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür.

Xəzər qızılbalığı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Yarımfəsilə:
Növ:
Xəzər qızılbalığı
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. [1]

Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır. Azərbaycan ərazisindən Xəzərə tökülən nisbətən sulu çayların (Kür, Araz, Lənkərançay, Astaraçay, Drud, Xudat-Yalama çayları, Samur çayı, eləcə də Gilan və Mazandaran çayları) hamısında bu qızılbalığa rast gəlinir. Bu çaylarda onlar müstəqil sürülər əmələ gətirirlər. Bu sürülər içində ən böyük ölçüyə və kütləyə malik olan Kür populyasiyasıdır.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Keçici balıqdır. Dənizdə cavan balıqların əsas qidasını xərçəngkimilər (yanüzərlər, mizidlər, krevetlər), yaşlılarınkını isə kilkələr (adi və ançousabənzər), aterinlər və körpə siyənəklər təşkil edir. Kür qızılbalığı keçmişdə çoxsaylı balıqlardan olub. Kür çayı axınının tənzim olunmasından sonra ehtiyatı kəskin surətdə azalmışdır, təbii çoxalması praktiki olaraq baş vermir və ehtiyatı yalnız süni artırma yolu ilə saxlanılır.[2] [3]

Balıq çayda qidalanmır və birdəfə kürüsünü tökdükdən sonra tələf olur. Kür qızılbalığının cinsi yetkinliyi 3 yaşından 7 yaşınadək baş verir. Yaxşı inkişaf etmiş cinsi məhsullarla payızda çaylara girən fərdlər elə həmin il kürü tökürlər. Zəif inkişaf etmiş cinsi vəziləri olan yetişməmiş qızılbalıqlar kürü tökməyə az qala bir il qalmış çaylara girirlər və növbəti ildə kürü tökür. Artıma zamanları oktyabr ayından fevral ayına qədər sürər.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Kür-Araz çayı axınları tənzim edildikdən sonra təbii kürüləmə yerlərinin sıradan çıxması, son illərdə qeyri qanuni ovun intensiv aparılması, eləcə də süni artırılmasının miqyasının azalması, Xəzərə tökülən çayların və dənizin çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Ehtiyatını bərpa etmək üçün iki süni balıqartırma zavodu təşkil olunmuşdur – Çaykənd və Qəbələ zavodları. Süni artırmanın miqyası genişləndirilməli, bu məqsədlə Kür populyasiyasından törədici kimi istifadə olunmalı, mühafizə tədbirləri gücləndirilməlidir. Hal-hazırda Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmişdir.[4]

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qızılbalıq ətinin keyfiyyətinə görə ən qiymətli balıqlardan biridir. Mühüm vətəgə balığıdır, payızda və qışın birinci yarısında çaya gələn zaman tutulur. Kür axının təmizlənməsinə qədər onun illik ovu 1814 sentnere (1952-ci il) çatmışdı.

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.84
  2. "Arxivlənmiş surət". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
  3. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007,səh 180
  4. H.S.Abbasov,R.V.Hacıyev İxtiologiya.Bakı,2007,səh 180