Xəzər qapısı (yun. Κάσπιαιπύλαι) — qədim mədəniyyətlər dövründən bəri iki dar sahil keçidini təyin edən tarixi və coğrafi ad. Keçid vastəsi ilə şimalın ibtidai icma şəraitində yaşayan köçəri tayfaları qədim Əhəməni, Midiya və Mesopotamiyanın zəngin əkinçilik mədəniyyətlərinə çıxış əldə edir. Sonralar ayrı-ayrı qaynaqlarda “Xəzər qapısı”, “Alban qapısı”, “Hun keçidi”, “Qafqaz qapısı”, “Dərbənd qapısı” kimi müxtəlif adlar daşımış həmin keçidin qədim dövr və orta əsrlərdə böyük hərbi-strateji əhəmiyyəti olmuş, onu əldə saxlamaq bu regionun dövlətlərinin həmişə diqqət mərkəzində dayanmışdı.
Belə keçidlər Xəzər bölgəsinin təbii relyefində iki əsas yerdə əmələ gəlmişdir. Dərbənd bölgəsində, Xəzər dənizinin qərb sahili ilə Qafqaz silsiləsinin kənarı arasında enən sahil zolağı olan Alban qapıları (Klavdius Ptolemey tərəfindən adlandırırdı) var idi. Xəzər dənizinin o biri tərəfində, İranın müasir Gürgan ərazisində, Gürgan qapısı yerləşir. Həm bunları, həm də digərlərini qorumaq üçün Fars hökmdarları bir sıra güclü müdafiə istehkamları qurmuşlar. Dərbəndin cənubunda yerləşən Dərbənd səddi və dənizin digər tərəfində uzunluğu 200 km-ə qədər olan Böyük Gürgan səddi buna misaldır.
Ancaq heç bir sədd fars imperioyalarını xarici işğalçıların istilasından qurtarmamışdır. Xəzər qapısı vastəsi ilə makedoniyalılar (Makedoniyalı İskəndərin rəhbərliyi ilə), daha sonra ərəblər cənubdan, köçəri türk tayfaları, daha sonra Rusiya imperiyasının ordusu şimaldan keçmişlər. Böyük İpək Yolu karvanları bu keçiddən keçirdi[1].
Orta əsr ədəbiyyatında (İskəndər, Marko Polo, Con Mandevil) qapıların inşaatçısı Makedoniyalı İskəndər olaraq göstərilir və bu ərazilərə İskəndəriyə deyirilir.