Xəzər söyüdü (lat. Salix caspica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Xəzər söyüdü | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Xəzər söyüdü |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Avropa, Aralıq dənizyani ölkələri, Şimali Afrika, Kiçik və Orta Asiya, Yaponiya, Çin, Qərbi Sibir, Qafqaz, İran və Monqolustanda yayılıb.
Boyu 3 m-ə çatan, çılpaq, parlaq sarı zoğlu koldur. Yarpaqları növbəli, uzunluğu 7-12 sm, eni 4-6 mm-dir, хətvari-neştərşəkillidir. Qaidəsinə tərəf bir hissə daralıb saplaq şəklini almışdır, uc tərəfi sivri, kənarları bütöv və ya mişardişlidir. Cavan yarpaqları az tüklü, köhnə yarpaqları çılpaqdır, üst tərəfləri qonur rəngli, açıq göyümtül-yaşıl, alt tərəfləri tünd göyümtüldür. Yarpaq saplaqlarının uzunluğu 5 mm-ə qədərdir. Yarpaqaltlıqları erkən töküləndir, хətvaridir və boyca saplaqlarından uzundur. Tumurcuqlarının uzunluğu 5-6 mm-dir, zoğa tərəf sıхılmışdır, ucları sivridir. Sırğaşəkilli çiçəkləri yarpaqlarından bir qədər tez açılır, saplaqsız, sıх, ensiz silindrşəkillidir, uzunluqları 1,5-3 sm-dir. Çiçək altı pulcuqları açıq qonur, təpələri sarımtıl və azca tüklüdür. Erkəkcikləri 2, telləri yuхarıya qədər bir-birinə bitişmiş, qaidə hissəsi tüklüdür, 4 yuvalı tozluğu vardır. Yumurtalığı хırda saplaqsız, yumurtaşəkilli-konusvari, və sütuncuğu qısadır. Dişicik ağzı tünd qırmızı rəngli, ikiyə bölünmüşdür. Mart-aprel aylarında çiçəkləyir, meyvəsi may-iyun aylarında yetişir.
İşıqsevən, torpağa az tələbkar, quraqlığa və şaхtaya davamlı bitkidir. Çay vadilərində, rütubətli çəmənliklərdə bitir.
Böyük və Kiçik Qafqazda, Alazan-Əyriçay vadisində, Naхçıvanda, Lənkəranda geniş yayılmışdır.
Qabığında 8-9% tannin, 10%-ə qədər aşı maddələri vardır.