Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Xəzangül Abbasqulu qızı Hüseynova (17 dekabr 1947, Qırıxlı, Marneuli rayonu) — Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1988). Türkiyə Avrasiya yazarlar birliyinin üzvü (2008), Beynəlxalq Rəsul Rza və Mikayıl Müşfiq mükafatçısı (2016). AYB GƏNCƏ bölməsinin sədri (2014 dən).
Xəzangül Hüseynova | |
---|---|
Doğum tarixi | 17 dekabr 1947 (75 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mükafatları |
Xəzangül Hüseynova 1947-ci il dekabr ayının 17-də Gürcüstanın Borçalı qəzasının Qirixlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitunun Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib.
Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub.
"Məhəbbətin qənimi" adlı mənzum pyesi Gəncədəki C. Cabbarlı adına dram teatrında müvəffəqiyyətlə tamaşaya qoyulub.
Gəncə şəhəri, N. Rəfibəyli adına 43 nömrəli orta məktəbin direktorudur.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2014-cü il sentyabrın 10-dan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədridir" 2008-ci ildən Türkiyə Avrasiya Yazarlar Birliyinin üzvüdür. 2014-cü ilin Prezident təqaüdçüsüdür. Beynəlxalq Rəsul Rza mükafatçısı və həmçinin Mikayıl Müşfiq mükafatçısıdır.
27 noyabr 2017-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdür.[1]