XIII arondisman (fr. XIIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Əvvəllər burada əsasən kasıb ailələr yaşayırdı. İndi ərazi Çin məhəlləsi və çox sayda hündür binaları ilə tanınır və turistlərin çox diqqətini az cəlb edir. XIII arondisman həmçinin Fransa Milli Kitabxanasının yeni binası və yenidən qurulmuş "Paris Rive Gauche" biznes bölgəsi ilə məşhurdur.
XIII arondisman | |
---|---|
48°49′56″ şm. e. 2°21′20″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1860 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 75013 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
XIII arondisman 1860-cı ildə Fransa paytaxtının sərhədlərinin genişlənməsi nəticəsində yaranıb. O köhnə 12-ci arondismanın hissələrindən və keçmiş Jantiyi və İvri-sür-Seyn kommunaların birləşməsindən təşkil edilmişdir.
XIII arondisman Sena çayının sol sahilində yerləşir. Qərbdən 14-cü, şimaldan isə 5-ci arondismanla həmsərhəddir. Şərqdən 12-ci arondismanla Sena çayı ilə ayrılır. Rayonun sahəsi 7146 km²-dir.