Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
XII Georgi (10 noyabr 1746, Telavi[1] – 28 dekabr 1800[1], Tiflis[1]) — cəmi 2 il (12 yanvar, 1798 - 28 dekabr, 1800) hökmdarlıq etmiş Kartli-Kaxetiyanın son kralı .
XII/XIII Georgi | |
---|---|
გიორგი XII | |
| |
1798 – 1800 | |
Əvvəlki | II İrakli |
Sonrakı | Rusiya işğalı |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1746 |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 1800[1] (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx, rəhbər |
Atası | II İrakli |
Anası | Anna Abaşidze |
Uşaqları | |
Ailəsi | Baqrationi[1] |
Dini | Gürcü Ortodoks Kilsəsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
10.11.1746də Telavidə II İrakli və Anna Abaşidzenin ilk övladı olaraq dünyaya gəlmişdi. Böyük qardaşı Vaxtanq Baqartioniın 1756-cı ildə ölümündən sonra vəliəhd elan olunmuşdu. 1766-cı ildə Lori mahalı və Pəmbək mahalının idarəsi ona tapşırıldı. Qardaşı Levon Baqrationi ilə birlikdə 1777-ci ildə üsyan edan Ksani eristavlığını ələ keçirmişdi.
Atasının ölümündən sonra 12 yanvar 1798-ci ildə çar elan olmuş, I Pavel tərəfindən 22 fevral 1799-cu ildə təsdiq edilmiş, 5 dekabr 1799-cu ildə isə tac qoymuşdu. Atasından fərqli olaraq o çox sevilən və hörmət edilən biri deyildi. Qardaşı Aleksandr Baqrationi onun taxtına iddia edirdi və Dağıstana qaçmışdı. İran şahı Fətəlinin təhdidlərindən çəkinən çar Rusiya ilə daha da yaxınlaşmış və taxtdan əl çəkmək fikrində idi. Onsuz da xəstə olan çarın yerinə kimin gələcəyi haqda indidən əyanlar müzakirə edir biri oğlu Davidi, digəri isə İulonu dəstəkləyirdi. 1799-cu ildə I Paveldən kömək istəyən çar Pyotr Kovalenski başçılığında gələn bölüyü xoş qarşılamışdı. Çar 28 dekabr 1800-cü ildə vəfat etdi.[2] Rusiyanın yeni çarı olan I Aleksandr isə David Baqrationinin çarlığını tanımadı və Şərqi Gürcüstanı işğal etdi.
XII Georgi əvvəlcə Kotevan Andronikaşvili ilə sonra isə Mariam Çistişvili ilə evlənmişdi. Oğulları:
Qızları: