XV arondisman (fr. XVe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Sena çayının sol sahilində yerləşir. Süni yaradılmış Qu quşu adasının bir hissəsi arondisman ərazisində yerləşir. Rayon 1860-cı ildə Vojirar və Qrenel şəhərlərinin Parisə birləşdirilməsindən sonra yaranmışdır. Parisin əhali cəhətdən ən sıx bölgələrindəndir.
XV arondisman | |
---|---|
48°50′28″ şm. e. 2°18′01″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1860 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 75015 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Arondismanın əsası 1859-cu il iyunun 16-da köhnə "Ferme Générale" divarı və "Thiers" divarı arasındakı ərazinin Parisə daxil edilməsi ilə qoyuldu. Həmçinin Qrenel, Vojirar və Javel kommunaları 1860-cı ildə arondismanın ərazisinə daxil edildi.
Arondisman Parisin cənub-qərb hissəsində yerləşir. Şimal-şərqdə 6-cı və 7-ci, cənub-şərqdə isə 14-cü arondismanlarla həmsərhəddir. Şimal-qərbdə Sena çayı onu 16-cı arondismandan ayırır, cənub-qərbdə isə Paris dairəvi yolu ilə Vanves və Issü-le-Mulino kommunaları ilə həmsərhəddir.
246, rue Lecourbe 75732 PARIS – France.
101 bis, quai Branly, 75015 Paris.