Qərb dünyasının sosial nəsilləri seriyasının bir hissəsi |
---|
X nəsli — X nəsli 1965–1980-ci illər arasında doğulmuş insanları əhatə edən əsas demoqrafik təsnifatdır.[1] Bu təsnifata görə, bu illər arasında doğulan fərdlərin ümumi və güclü cəhətləri var. X nəsli sinfində olan fərdlərin ümumi xüsusiyyətləri nəslin xüsusiyyətləri hesab olunur. X nəslinin xüsusiyyətləri müxtəlif məlumatların, tədqiqatların və təhlillərin nəticələrinə əsasən müəyyən edilmişdir.[2][3] Amerika Birləşmiş Ştatlarının siyahıyaalma bürosunun məlumatlarına görə, 2019-cu il etibarilə ABŞ-də X nəslindən 65,2 milyon insan yaşayır.[4]