Alfa nəsli

Alfa nəsli (ing. Generation Alpha və ya ing. Gen Alpha) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların[1][2][3][4] və Z nəslinin daha yaşlı nümayəndələrinin[5] övladlarıdır.

Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır. Sinif otaqlarında və həyatın digər aspektlərində texnologiyanın istifadəsi sahəsində baş tutan dəyişikliklər bu nəslin əvvəlki nəsillərlə müqayisədə erkən öyrənmə təcrübəsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Araşdırmalar göstərir ki, allergiya, piylənmə və ekran vaxtı ilə bağlı sağlamlıq problemləri son illərdə uşaqlar arasında getdikcə daha çox yayılmışdır.

The 24-letter Greek alphabet with letter names in parentheses
Yunan əlifbası.

"Alfa nəsli" adı 2008-ci ildə Avstraliyanın "McCrindle Research" konsaltinq agentliyi tərəfindən aparılan sorğudan yaranmışdır. Agentliyin qurucusu Mark MakKrindl, ümumiyyətlə, bu termininin müəllifi hesab olunur.[6][7] MakKrindl 2015-ci ildə verdiyi müsahibədə komandasının bu ada necə gəldiyini təsvir etmişdi:

" "The ABC of XYZ: Understanding the Global Generations" (2009-cu ildə nəşr olunmuşdur) kitabımı araşdıran zaman məlum olmuşdu ki, yeni nəsil başlayacaq və onlar üçün heç bir ad yoxdur. Beləliklə, Z-dən sonra gələn nəslin necə adlandırılmalı olduğunu öyrənmək üçün insanlar arasında bir sorğu keçirdim. Baxmayaraq ki, bir çox ad ortaya çıxsa da və A nəslinin adı ən çox xatırlanan idi, Alfa nəslinin adı da bir neçə dəfə çəkilmişdi və buna görə "Beyond Z: Meet Generation Alpha" fəslinin adında buna qərar vermişdim. Latın əvəzinə yunan əlifbasından istifadənin elmi nomenklaturasına uyğun olaraq məntiqli idi və A hərfinə qayıtmağın mənası yox idi, çünki onlar tamamilə XXI əsrdə doğulmuş birinci nəsildir və onlar yeni bir şeyin başlanğıcıdır, köhnəyə qayıdış deyil.[8] "

"McCrindle Research", həmçinin, qasırğaların adlandırılmasından ilhamlanmışdır. Bu zaman adlandırmalar üçün latın əlifbasının hərfləri ilə başlayan adlar tükənmiş və 2005-ci ildə Atlantik qasırğası mövsümü və son altı fırtına yunan hərflərindən alfa ilə zeta arasındakı hərflər verilmişdir.[7]

2020-ci ildə bəziləri COVID-19 pandemiyasının qlobal miqyasda təsirinin bu nəslin müəyyənedici hadisəsinə çevriləcəyini, pandemiya zamanı doğulanlar və ya pandemiya zamanı böyüyənlər üçün C nəsli və ya "Coronials" (koroniallar) adını təklif etmişdilər.[9][10][11][12]

  1. Shaw Brown, Genevieve. "After Gen Z, meet Gen Alpha. What to know about the generation born 2010 to today". Family. ABC News. February 17, 2020. February 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2020.
  2. Perano, Ursula. "Meet Generation Alpha, the 9-year-olds shaping our future". Axios. August 8, 2019. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2019.
  3. Carter, Christine Michel. "The Complete Guide To Generation Alpha, The Children Of Millennials". Forbes (ingilis). April 9, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-26.
  4. Lavelle, Daniel. "Move over, millennials and Gen Z – here comes Generation Alpha". The Guardian. January 4, 2019. July 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 8, 2019.
  5. Waters, Joe; Chaney, Meghan; Chaney, Joe Waters and Meghan. "OPINION: As Gen Z Starts to Parent, We Stand on the Cusp of a Generational Transformation in Parenting and Childhood". Early Learning Nation (ingilis). 2021-07-27. İstifadə tarixi: 2023-05-31.[ölü keçid]
  6. Pinsker, Joe. "Oh No, They've Come Up With Another Generation Label". The Atlantic. February 21, 2020. February 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2020.
  7. 1 2 McCrindle, Mark; Wolfinger, Emily. The ABC of XYZ: Understanding the Global Generations (1st). Australia. 2009. 199–212. ISBN 978-1-74223-035-1. See excerpt "Why we named them Gen Alpha".
  8. "Generation Alpha: Mark McCrindle Q & A with the New York Times". mccrindle.com.au. September 22, 2015. 14 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 February 2020. Quote is an outtake from the New York Times story.
  9. Yancey-Bragg, N'dea. "Coronavirus will define the next generation: What experts are predicting about 'Generation C'". USA TODAY (ingilis). May 3, 2020. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-08.
  10. Yong, Ed. "How the Pandemic Will End". The Atlantic. March 25, 2020. May 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 February 2021.
  11. Shoichet, Catherine E. "Meet Gen C, the Covid generation". CNN. March 11, 2021. May 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2021.
  12. "Words We're Watching: 'Coronial'". www.merriam-webster.com (ingilis). July 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şablon:Generation Şablon:Young adult development