Xaçmaz Tarix Diyarşunaslıq muzeyi — 27 sentyabr 1981-ci il tarixində fəaliyyətə başlamışdır.
Xaçmaz Tarix-Diyarşünaslıq Мuzeyi | |
---|---|
Əsası qoyulub | 1981 |
Mövzu | Tarix |
Ölkə | |
Yerləşir | Xaçmaz, Heydər Əliyev pr.2 |
Kolleksiyası | 5000 eksponat |
Direktor | Pakizə Mehdiyeva |
Telefon | (02338) 5-31-02 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
19 iyul 2013-cu il tarixindən muzey yeni binada fəaliyyət göstərir. Muzeyin binası öz arxitekturası ilə nəinki şimal zonada, eyni zamanda bütün ölkədə fərqlənir və tanınır. Muzeyin binasının "Şəxsiyyətlər park"-ının içərisində yerləşməsi "muzey içində muzey" adlandırılan gözəl və maraqlı vəhdət təşkil edən kompleks yaratmışdır.[1]
Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin " Xalça muzeyi" və " Döyüş Şöhrəti" muzeyi adda 2 filialıda fəaliyyət göstərir.[2]
Muzey binası 3 mərtəbəlidir. Bina şəhərin mərkəzində yerləşən Şəxsiyyətlər Parkının ərazisində inşa edilib. 2013-cü ildən etibarən muzey yeni binadan fəaliyyətini davam etdirir. Ümumilikdə, 5000-ə yaxın eksponatın nümayiş olunur.
Eksponatlar dövrlər üzrə yerləşdirilib. Muzeyin birinci mərtəbəsində "İstiqlal" bölməsində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılıb. Burda Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin şəkilləri həkk olunub. İkinci dünya müharibəsini əks etdirən bölmədə isə müharibəyə aid nümunələr, orden və medallar, döş nişanları, silah və şəxsi əşyalar nümayiş olunur. İkinci mərtəbədə müxtəlif sənətkarlıq sahələri ilə məşğul olanların işini əks etirən kompozisiyalar qurulub. Muzeydə eyni zamanda arxeoloji, etnoqrafik, numizmatik nümunələr də sərgilənir.[3]