Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyi

Xaçmaz Tarix Diyarşunaslıq muzeyi — 27 sentyabr 1981-ci il tarixində fəaliyyətə başlamışdır.

Xaçmaz Tarix-Diyarşünaslıq Мuzeyi
Əsası qoyulub 1981
Mövzu Tarix
Ölkə
Yerləşir Xaçmaz, Heydər Əliyev pr.2
Kolleksiyası 5000 eksponat
Direktor Pakizə Mehdiyeva
Telefon (02338) 5-31-02
İş rejimi (II – VII) 10:00 – 18:00

19 iyul 2013-cu il tarixindən muzey yeni binada fəaliyyət göstərir. Muzeyin binası öz arxitekturası ilə nəinki şimal zonada, eyni zamanda bütün ölkədə fərqlənir və tanınır. Muzeyin binasının "Şəxsiyyətlər park"-ının içərisində yerləşməsi "muzey içində muzey" adlandırılan gözəl və maraqlı vəhdət təşkil edən kompleks yaratmışdır.[1]

Muzeyin filialları

[redaktə | mənbəni redaktə et]

Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin " Xalça muzeyi" və " Döyüş Şöhrəti" muzeyi adda 2 filialıda fəaliyyət göstərir.[2]

Muzey binası 3 mərtəbəlidir. Bina şəhərin mərkəzində yerləşən Şəxsiyyətlər Parkının ərazisində inşa edilib. 2013-cü ildən etibarən muzey yeni binadan fəaliyyətini davam etdirir. Ümumilikdə, 5000-ə yaxın eksponatın nümayiş olunur.

Muzey eksponatları

[redaktə | mənbəni redaktə et]

Eksponatlar dövrlər üzrə yerləşdirilib. Muzeyin birinci mərtəbəsində "İstiqlal" bölməsində Ulu öndər Heydər Əliyevin heykəli ucaldılıb. Burda Azərbaycan tarixində önəmli rol oynamış şəxsiyyətlərin şəkilləri həkk olunub. İkinci dünya müharibəsini əks etdirən bölmədə isə müharibəyə aid nümunələr, orden və medallar, döş nişanları, silah və şəxsi əşyalar nümayiş olunur. İkinci mərtəbədə müxtəlif sənətkarlıq sahələri ilə məşğul olanların işini əks etirən kompozisiyalar qurulub. Muzeydə eyni zamanda arxeoloji, etnoqrafik, numizmatik nümunələr də sərgilənir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Muzeyin açılışı". https://president.az. İstifadə tarixi: 26.11.2020.
  • "Muzeydə sərgi". http://www.mct.gov.az. İstifadə tarixi: 26.11.2020.
  • "Muzey müsabiqəsinin nəticələri". https://azertag.az. İstifadə tarixi: 26.11.2020.
  • "Muzeyin yeni binası". https://sputnik.az. İstifadə tarixi: 26.11.2020.