Xacə Cəmaləddin

Xacə Cəmaləddin — orta əsrlər zamanı Naxçıvan memarlıq məktəbinin ilk yetirmələrindən biri.

Xacə Cəmaləddin
Şəxsi məlumatlar
Doğum tarixi XII əsr
Doğum yeri Culfa
Vəfat tarixi XIII əsr
Vəfat yeri Culfa

Onun adı Əlincəçay sahilində, el arasında “Şeyx Xorasan” adı ilə tanınan xanəgah kompleksinə daxil olan və özünün inşa etdiyi əsas türbənin kitabəsi əsasında aşkar olunmuş və elmi ictimaiyyətə və mədəniyyət tariximizə təqdim olunmuşdur.[1][2]

Kitabədə memarın adının “hörmətli və alicənab” epitetləri ilə müşayiət olunması onun məşhur və böyük nüfuza malik sənətkar olmasından xəbər verir. Bu fikri onun daşıdığı, orta əsrlər zamanı görkəmli şəxsiyyətlərin adına əlavə olunan “Xacə” titulu da təsdiq edir. Çünki həmin dövrdə “xacə” titulu hər bir adama deyil, görkəmli sənətkarlara, alimlərə, şairlərə, öz işinin incəliklərinə yaxından bələd olan sənətkarlara, hətta dövlət başçılarına verilirdi. Kitabənin son hissəsi ovulub töküldüyü, tarixlər isə adətən bu hissədə yazıldığı üçün tarix məhv olmuşdur.

Tədqiqatçılar türbəni memarlıq-konstruktiv quruluşuna və kitabəsinin xətt xüsusiyyətlərinə əsasən XII-XIII yüzilliklərə aid edirlər.

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.
  1. Алескерзаде А.Надписи архитектурных памятников Азербайджана эпохи Низами. Архитектура Азербайджана эпохи Низами. Москва-Баку, 1947, с. 369-390., c. 381
  2. Səfərli H. Culfа bölgəsinin еpiqrаfik аbidələri. Bаkı: Еlm, 2002, 80 s., s. 28