Xaldlar

Xaldlar (yun. Χάλδοι) —Tunc dövründə Qara dənizin cənub-şərqi sahillərində (indiki Türkiyə ərazisi) məskunlaşmış xalq. Eyni dövrdə dil baxımından onlara yaxın olan hattlar da onların yanında yaşayırdılar. Mesopotamiyada yaşamış xaldeylər ilə qohumluq məsələsi açıq qalır.

Xaldların tarixi ilə bağlı əsas mənbələr Homer, StrabonKsenofonun əsərləridir. Qədim yunan müəllifləri dəmir döymə sənətinə ilk yiyələnmiş xalqlar sırasında qərbdə qonşuları olan xaliblər ilə yanaşı xaldların, mossiniklərintibarenlərin adını çəkmişdilər.[1] Strabonun qeyd etdiyi kimi, "[...] xaldlar qədimdə xaliblər adlanırdılar".[2]

A. Saqonun fikrinə görə, xaldlar ölkəsi Arazın şimalında və əvvəllər Urartuya tabe olan torpaqlarda, xüsusən də Zivin çayı vadisi ərazisində, Qars ilə Tuşpa arasındakı yolda yerləşmiş ola bilərdi.[2]

Roma imperiyası dövründə xaldlar Pont vilayətinin bir hissəsi olan Pont Kappadokiyasında yaşayan xaliblərin bilavasitə qonşusu kimi xatırlanırdı.[3]

XX əsrin birinci yarısına aid elmi ədəbiyyatda xaldların urartuların ali tanrısı Xaldinin adını daşıyan tayfaların qalıqları olması ehtimalı dəfələrlə qeyd olunmuşdur,[4][5] lakin sonradan bu fərziyyənin kökündən yanlış olduğu qəbul edilmişdir.[6][7][8][9][10]

  1. Страбон. География, XI, 14.5
  2. 1 2 A. G. Sagona. Archaeology at the north-east Anatolian frontier, I. : an historical geography and a field survey of the Bayburt Province. Louvain: Peeters Press. 2004. 29–30. ISBN 90-429-1390-8.
  3. Плутарх. Сравнительные жизнеописания. Лукулл. 19
  4. Lehmann-Haupt C.F. Armenien, einst und jetzt. — Berlin: B. Behr, 1910—1931.
  5. König F.W. Handbuch der chaldischen Inschriften. Graz: E. Weidner. 1955.
  6. Friedrich, Johannes. Chalder oder Urartäer? // Zeitschrift der Deutschen Morgenländischen Gesellschaft (90). 1936. 60—82. 2021-05-21 tarixində arxivləşdirilib.
  7. Мещанинов И. И. Древневанский бог Халд-Халдин // Восточные записки. 1927.
  8. Пиотровский Б. Б. Ванское царство (Урарту) / отв. ред. И. А. Орбели. — М. : Издательство восточной литературы, 1959. — С. 117—119. — 286 с.
  9. Пиотровский Б. Б. Ванское царство (Урарту) / отв. ред. И. А. Орбели. — М. : Издательство восточной литературы, 1959. — С. 117—119. — 286 с.
  10. Zimansky P.E. Ancient Ararat, A Handbook of Urartian Studies. New York: Caravan books. 1998. 86. ISBN 0-88206-091-0.