Tibarenlər

Əhəmənilər dövlətində tibarenlər və makronlar.

Tibarenlər (yun. Τιβαρηνοί) — Anadolunun Qara dəniz sahilində yaşamış qədim Pont xalqı. Herodotun, eləcə də Ksenofonun, Strabonun və digər antik müəlliflərin əsərlərində xatırlanmışdır. Qədim müəlliflər onları skif tayfasının bir qolu hesab edirdilər. Həm Roma dövründə, həm də ondan əvvəl tibarenlər mossiniklər və makronlar kimi xalqlarla birgə yaşayırdılar. Tibarenlər Cənubi Qara dəniz bölgəsinin qonşu tayfaları ilə birlikdə e.ə. VI–V əsrlərdə Əhəmənilər tərəfindən zəbt edilmiş və onların bölgəsi 19-cu satraplığın tərkibinə daxil olmuşdur.

Tarixçilər tibarenlərin adını qədim Şumer şəhəri Bad-tibira ilə əlaqələndirməyə çalışırdılar. Bu şəhər "misgərlərin istehkamları" və ya "dəmirçilər qalası" kimi tanınırdı.[1] Müasir nəşrlərdə bu etnonim daha çox erkən dəmir dövründə formalaşmış Suriya-Het çarlığı Tabal ilə müqayisə edilir və bəzən eyniləşdirilir. Gürcüstan tədqiqatçıları etnonimi protokartvelcə kimi izah etməyə çalışır[2] və tibarenləri kolxlar ilə qohum hesab edirlər.[3]

  1. Albright W. F., Lambdin T. O. The Evidence of Language // The Cambridge Ancient History I, part 1. Cambridge University Press. 1971. 150. ISBN 0-521-07051-1.
  2. "Journal of ancient history - Google Books". 2023-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.
  3. С. Н. Джанашиа. Тубал — табали, тибарены, иберы. // «Известия» Института языка, истории и материальной культуры, 1937, N 1 (на груз. яз.).