Xaliblər (yun. Χάλυβες, yun. Χάλυβοι) — Qara dəniz sahilində, Kiçik Asiyada yaşamış qədim xalq. Onların ölkəsi qərbdə tibarenlər və şərqdə mossiniklər arasında yerləşirdi. Rodoslu Apollona görə, xaliblər skif idi.[1]
Qara dəniz xaliblərindən fərqli olaraq, şərqdə yaşayan və qədim yazıçılar tərəfindən xaldlar da adlandırılan xaliblər Babil xaldeylərindən və erməni-xaliblərdən bir qədər fərqlənirdi.