Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Xalidə Camal qızı Quliyeva (24 sentyabr 1952) — Azərbaycanlı kino aktrisası,[1] Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).
Xalidə Quliyeva | |
---|---|
Xalidə Camal qızı Quliyeva | |
Doğum tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Eldəniz Quliyev |
Uşaqları |
Nəcəf Quliyev Afaq Quliyeva |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1972-ci ildən |
Təhsili | |
Mükafatları | |
IMDb | ID0441045 |
Xalidə Quliyeva 24 sentyabr 1952-ci ildə anadan olmuşdur. Atası neftçi, anası isə evdar qadın olmuşdur. Ali məktəbə qəbul olunduqdan sonra Lütfi Məmmədbəyovun xalq teatrında çalışmağa başlamışdır.[2] 1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1973–1976-cı illərdə institutun nəzdindəki "Səda" Tədris Teatrında çalışmışdır. 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında aktrisa kimi fəaliyyət göstərir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.[3]
Validə ("Qızıl qaz"), Fatimə ("Nəsimi")[4], Solmaz ("Bakıda küləklər əsir"), Milli ("Tütək səsi"), tibb bacısı ("Şahid qız"), Xalidə ("Xoşbəxtlik qayğıları") və s. rollarında şəkilmişdir. Lider TV-nin həyata keçirdiyi çoxseriyalı bədii televiziya və sənədli filmlərin dublajında aktrisa kimi iştirak edir.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür.
31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[5]
6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[6]