Xalid Əlimirzəyev

Əlimirzəyev Xalid Əlimirzə oğlu (1932, Qəmərvan, Qutqaşen rayonu30 yanvar 2016, Bakı) — filologiya elmlər doktoru, professor.

Xalid Əlimirzəyev
bayraq
Azərbaycan Respublikasının xalq təhsili nazirinin elm və ali məktəblər üzrə birinci müavini
bayraq2
27 oktyabr 1992[1] – 1993
NazirFirudin Cəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 1932
Doğum yeri
Vəfat tarixi 30 yanvar 2016(2016-01-30)
Vəfat yeri
Partiya
Elmi fəaliyyəti
Elm sahəsi filologiya

Həyatı[redaktə | mənbəni redaktə et]

Xalid Əlimirzəyev 16 dekabr 1932-ci ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuşdur.

1964-cü ildə namizədlik, 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.

1974-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.1992–1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində çalışmışdır.

Xalid Əlimirzəyev 2003-cü ildə yaradılan və bir neçə il fəaliyyət göstərən "AMAL" Ziyalı Hərəkatının sədri olub. 2006-cı ildə Müsavat Partiyasının üzvlüyündən istefa verərək siyasətdən getmişdir.

15 monoqrafiyanın, 500-dən çox elmi-publisistik məqalənin müəlifidir.

"Məhəbbət yaşadır" pyesi Azərbaycan Dövlət Milli Teatrının kiçik səhnəsində tamaşaya qoyulmuşdur. Seçilmiş bədii əsərlərdən ibarət "Bələdçi" kitabı çapdan çıxıb.

30 yanvar 2016-cı ildə vəfat etmiş, Qəbələ rayon Qəmərvan kəndində dəfn edilmişdir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "X. Ə. Əlimirzəyev haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  2. http://news.milli.az/society/402922.html BDU-nun professoru vəfat etdi