Xalid Tanrıverdiyev

Xalid Kazım oğlu Tanrıverdiyev (15 yanvar 1936, Böyük Muğanlı, Marneuli rayonu29 may 2016, Gürcüstan) — coğrafiya elmləri doktoru.

Xalid Tanrıverdiyev
Tanrıverdiyev Xalid Kazım oölu
Doğum tarixi 15 yanvar 1936(1936-01-15)
Doğum yeri
Vəfat tarixi 29 may 2016(2016-05-29) (80 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Elmi dərəcəsi
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Tərəqqi" medalı

Xalid Tanrıverdiyev 15 yanvar 1936-cı ildə Gürcüstan SSR-in Marneuli rayonunun Böyük Muğanlı kəndində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirərək əvvəlcə, Bakı Dövlət Torpaq Ekspedisiyasında, 1966-cı ildən etibarən isə AMEA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1968-ci ildə "Həkəri çayı hövzəsinin geomorfologiyası" mövzusunda dissertasiya müdafiə edərək elmlər namizədi adına layiq görülmüşdür. 1994-cü ildə "Son Kaynazoyda Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində)" mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri doktoru adına layiq görülmüşdür. Coğrafiya İnstitutunun Elmi şurasının üzvü olmuşdur. Uzun müddət BDU-nun Fiziki coğrafiya kafedrasında, bakalavr və magistr pilləsində ixtisas fənlərindən dərs demiş, Dövlət imtahan komissiyasının rəhbəri olmuşdur. Tanrıverdiyev Xalid Kazım oğlu 2016-cı il mayın 29-da vəfat etmişdir.

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikasının ərazisinin geomorfoloji xəritəsi.
  • Azərbaycanın paleogeomorfologiyası.
  • Geomorfoloji terminlərin izahlı lüğəti (üç dildə).
  • Azərbaycan Respublikasının ərazisi üçün irimiqyaslı (1:50000) geomorfoloji xəritələrin tərtibi. Azərbaycanda paleocoğrafi təkamülün dinamikası haqqında elmin əsasını qoymuşdur. Ümumi geomorfologiya, geomorfoloji xəritələşdirmə, paleogeomorfologiya, mofostruktur təhlil, yeni tektonik hərəkətlərin geomorfoloji metodla öyrənilməsi, müasir ekogeomorfologiya, o cümlədən geomorfologiyanın nəzəri və təcrübi məsələlərinin sistemli tədqiqatçısı idi. 170-dən çox elmi əsərin, monoqrafiya və metodik vəsaitin müəllifi olmuşdur. Xaricdə çıxmış elmi əsərlərinin sayı — 30.

Elmi əsərlərinin adları

[redaktə | mənbəni redaktə et]
  1. Kür dağarası çökəkliyinin paleogeomorfologiyası (Azərbaycan daxilində).
  2. Kür çökəkliyinin relyefinin inkişafında əsas epoxalar və mərhələlər.
  3. Paleogeomorfoloji tədqiqatlar və qeyri struktur neft yataqlarının axtarışı.
  4. Ekogeomorfologiyada insan amili.
  5. Azərbaycan Respublikasının konstruktiv coğrafiyası.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

2016-cı il mayın 29-da "Tərəqqi medalına" layiq görülmüşdür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]