Xaliq Bahadır

Xaliq Bahadır oğlu Hacıyev (Xaliq Bahadır; 1 iyun 1952, Azadkənd, Saatlı rayonu) — Azərbaycan siyasətçisi və yazıçısı.

Xaliq Bahadır
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyun 1952(1952-06-01) (72 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, yazıçı

Xaliq Bahadır 1952-ci il iyunun 1-də Saatlı rayonunun Azadkənd kəndində doğulub. 1967-ci ildə Krasnoselsk kənd orta məktəbini bitirib.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə girib, 1979-cu ildə filoloq ixtisası üzrə universiteti bitirib. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor kimi çalışıb. AXC hakimiyəti dönəmində Azərbaycan Teleradio Verilişləri Şirkətində televiziyanın informasiya studiyasının direktoru (1992–1993-cü illər) olub. 1993–1994-cü illərdə televiziyanın ədəbi dram verilişləri redaksiyasında İncəsənət şöbəsinin müdiri görəvində çalışıb.

1989-cu ildə "Azadlıq" qəzetini yaradanlardan olub, orada İnformasiya şöbəsinin müdiri kimi çalışıb. 1994-cü ilin mayından "Azadlıq" qəzetində köşə yazarlığı edib.

Xalq Hərəkatının yaranmasında aktiv qatqısı olub.

AXC Ali Məclisinin üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü olub.[1] 2012-ci ildə partiyadan ayrılıb.

"Baxıb Türkün bayrağına", "Türklük" kitablarının yazarıdır. İki kitabı — "Göyüm, qırmızım, yaşılım-Azərbaycanım", "Çalınan Azərbaycan" kitabları çapını gözləyir.

Ailəlidir, 3 uşağı var.

  1. "Xaliq Bahadır AXC-nın 27 il əvvəlki qərarını açıqladı:"Milli Məclisin sədri Tofiq Qasımov olmalı idi"" (az.). azpost.info. 25 sentyabr 2019. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-19.