Xalxidon Şurası və ya Kadıköy Şurası, 8 oktyabr 451-ci ildə başlayan və 1 noyabrda sona çatan bir ekumenik məclisdir. Xalxidon, bu gün İstanbulşəhərindəki Kadıköy ilçəsinin mərkəzidir.
Qərb Pravoslavları, RomaKatoliklərinin və digər bir çox qərb xristianlarının 4-cü ekumenik məclisi hesab olunur. Şurada EutychesinMonofizitizmdoktrinası rədd edildi və İsanın həm tam mənada insan, həm də sözün əsl mənasında ilah olduğunu təyin edən Xalxidon kredosu (kiminsə hərəkətlərini istiqamətləndirən inancların və ya məqsədlərin ifadəsi) qəbul edilmişdir.
İsada həm insan, həm də ilahi xüsusiyyətlər var, bu əlamətlər Məryəmİsanı dünyaya gətirməzdən əvvəl də mövcud idi. İsa, Allah kimi Ata ilə eyni mahiyyət daşıyır və insan kimi də günahlardan başqa insanlarla eyni mahiyyətdədir. Beləliklə, Məryəm yalnız insan olan İsanın anası deyil, həm də Tanrı olan İsanın anasıdır və buna Allahın anası mənasını verən Theotokos deyilməlidir.
Bu fərqli təbiətlər birləşmədən sonra heç bir şəkildə dəyişmədi və öz xüsusiyyətlərini qorudu.
Çarmıxda əziyyət çəkən yalnız İsanın insan təbiətidir, bu ağrı ilahi təbiətə toxunmamışdı.
Əslində, bu qərara etiraz edən, diofizit görüşə yaxın olan monofizit yepiskopları öz müstəqil kilsələrini qurdular.