Diofizit

Xristianlıq


Xristianlıq

Diofizit, Nestorun müdafiə etdiyi fikirdir. Monofizit anlayışının əksidir.

Bu görüşə görə:

  • Kəlam 30 yaşında olarkən İsaya gəlmişdi,
  • Məryəmdən o vaxta qədər anadan olan İsa pak və günahsız bir insan idi.
  • Allahlıq keyfiyyəti yalnız Kəlam gəldikdən sonra gəldi və yalnız bundan sonra həm insan, həm də tanrı xüsusiyyətlərinin hər ikisini daşıyır,
  • Məryəm bir Allah olan İsanın deyil, bir insan olan İsanın anası hesab olunur.

Beləliklə, bu görüşə görə, Məryəm Allahın anası (Theotokos) deyil, Məsih İsanın anasıdır; Allah doğula bilməz, buna görə İsa Ata ilə eyni ola bilməz. Ancaq Kəlamın gəlişindən sonra İsa da insan və ilahi xüsusiyyətlər var idi və İsa həm tanrı, həm də insan olmuşdu. İsa bu iki təbiəti kəlamın gəlməsindən sonra özündən əks etdirirdi (Diofizit).

Bu görüşə görə, çarmıxa çəkildikdə, ilahi təbiət İsadan ayrılmış, sadəcə olaraq insan olan İsa əziyyət çəkdi və iztirabları ilahi İsaya toxunmadı.

Bu fikirlər RomaYunan kilsələri tərəfindən qəbul edilmədi, 431-ci ildə toplanmış Birinci Efes Məclisi tərəfindən rədd edildi, lakin Nestorius qovulmadı, ancaq vəzifəsindən alındı. Fəaliyyətini davam etdirən Nestorius güclənməyə başladı və bizim eranın 449-cu ilində Efesdə toplanan İkinci Efes Məclisində çıxarılan qərarla Nestor xaric edildi və nəticədə Nestorun fikirlərini müdafiə edənlər öz şəxsi kilsələrini qurdular.

Assuriya (Nasturi) və Xaldey kilsələri bu gün diofizit görüşə malik kilsələrdir.