Xalqların Demokratik Konqresi


Xalqların Demokratik Konqresi (XDK; türk. Halkların Demokratik Kongresi, HDK) — Türkiyədə çoxlu solçu siyasi hərəkatların, təşkilatların və partiyaların ittifaqı. Məqsədi Türkiyə siyasətini əsaslı şəkildə yenidən yaratmaq və etnik, dini və ya cinsi ayrı-seçkiliklə üzləşən istismar edilmiş şəxsləri təmsil etməkdir. Konqres antikapitalistdir və 15 oktyabr 2011-ci ildə təsis edilmişdir. Çoxsaylı konfranslar təşkil edir və rəsmi konqreslər keçirir. 2012-ci ildə Konqres onun siyasi qanadı kimi fəaliyyət göstərəcək yeni partiya – Xalqların Demokratik Partiyası (HDP) təsis etmişdir. Solçu qrupların oxşar ittifaqı olan "Birləşmiş İyun Hərəkatı" 2014-cü ildə təsis edilmişdir.

Xalqların Demokratik Konqresi
Quruluş tarixi 15 oktyabr 2011[1]
İdeoloji spektr solçuluq
Saytı halklarindemokratikkongresi.net

Konqres dini və ya etnik ayrı-seçkiliklə üzləşən istismar edilən fərdlər, eləcə də azlıqlar üçün platforma təmin etmək məqsədi daşıyır. Konqres qadın hüquqlarının tərəfdarıdır və beləliklə, bir kişi və bir qadın sözçü ilə birgə liderlik sistemi fəaliyyət göstərir. Konqres xüsusilə kürd azlığını təmsil etmək məqsədi daşıyır və azlıqların hüquqlarının konstitusiya ilə təsbit edilməməsini tənqid edir. Konqresin təmsil etmək məqsədi daşıdığı digər azlıqlar ələvilər, ermənilər, aysorlar, azərbaycanlılar, çərkəzlər, lazlar, LGBT icması və romani xalqıdır. Konqres kapitalizmiişçilərin istismarı kimi gördükləri halları kəskin tənqid edir.[2]

  1. 1. Genel Kurul Sonuçları (türk.).
  2. "HDK Diyor Ki". 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]