Xama

Xama
Xama və çili sousu ilə kartof qızartması
Xama və pendir ilə bir qab çili

Xama (ciyə) – qaymağın süd turşusu bakteriyaları ilə emalından alınan süd və yeyinti məhsulu.

Yağlılığı 10, 20, 25, 30, 36, 40% olan xamalar hazırlanır. Maya vurulmuş qaymaq soyuducu kamerada 5-8oC-yə qədər soyudulur, sonra isə 12-48 saat yetişdirilir. Separatorda (ayırıcıda) xama birbaşa süddən alınır, bu zaman südün yağlı hissəsi olan xama ayrılır. Xama süd turşusunu qıcqırdan streptokokklar, qaymaq və ətir əmələ gətirici bakteriyaların qarışığından hazırlanan maya ilə yetişdirməklə hazırlanır. Xamanın rəngi , yaxud açıq sarı çalarlı olmalıdır.

Xamanın tərkibində vitaminlər (xüsusilə, A vitamini), zülallar, üzvi turşular, mineral duzlar, süd şəkəri və s. vardır.

Xama bir çox xörəklərlə yeyilir, xəmirə qatılır. Xamanın pəhriz, kəndli, aşxana, ev, yağlı, həvəskar kimi çeşidləri vardır.

  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 65