Xamzat Qastamirov və ya Şeyx Xamzat (tam adı: Xamzat Qastamirov Maqomedoviç; d. 22 aprel 1975, Qroznı, Çeçenistan, RSFSR, SSRİ) — çeçen əsilli qanuni oğru.
Xamzat Qastamirov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qroznı, Çeçenistan, RSFSR, SSRİ |
Milliyyəti | çeçen |
Fəaliyyəti | Qanuni oğru |
Xamzat Qastamirov 22 aprel 1975-ci ildə Çeçenistanın paytaxtı Qroznı şəhərində anadan olub.
Kriminal aləmdə "Şeyx Xəmzət" ləqəbi ilə tanınan bu "qanuni oğru" hazırda Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır. O, indiyədək Bakıda, Moskvada və yaşadığı Berlində həbsdə olub.
Qastamirovun ilk məhbəs həyatı 1990-cı illərin əvvəlinə təsadüf edir. Bayıl türməsində dəmirbarmaqlıqlar arxasında olan "Şeyx Xamzat" burada Azərbaycan dilini öyrənib[1].
Azərbaycanda növbəti dəfə 2016-cı ilin avqustunda Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yas mərasimində görünüb. O, dəfn mərasimindən qayıdarkən Bakıda hüquq-mühafizə orqanları tərəfindən saxlanılsa da, heç bir təqsiri olmadığından sərbəst buraxılıb[2].
Hazırda oğru aləminin Avropa kassasının nəzarətçisi kimi tanınan "Şeyx Xamzat" Rövşən Canıyevin mənəvi qardaşı və varisi hesab olunur. Təsadüfi deyil ki, Lənkəranskinin vəfatından sonra onun mülklərinə nəzarət məhz Qastamirova keçib.
Xamzat Qastamirova qarşı indiyədək 4 dəfə sui-qəsdə cəhd edilib. Lakin Berlin, Qroznı, Amsterdam və Pyatiqorsk şəhərlərində təşkil edilən həmin sui-qəsdlər uğursuz alınıb[3].