Xanım Məmməd qızı İbrahimova (1979, Bakı) — İsveçrə Konfederasiyasındakı və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri (2017–2021).[1]
Xanım İbrahimova | |
---|---|
13 sentyabr 2017[1] – 24 aprel 2021[2] | |
Sonrakı | Fuad İsgəndərov |
8 dekabr 2017 – 24 aprel 2021[2][3] | |
Sonrakı | Fuad İsgəndərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Xanım İbrahimova Bakı şəhərindən anadan olub.
2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
X. İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetindən beynəlxalq maliyyə ixtisası və ABŞ-nin Kolumbiya Universitetindən beynəlxalq sosial inkişaf ixtisası üzrə iki magistr dərəcəsinə malikdir.
Səfir təyin olunmadan əvvəl o, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Nümayəndəlikdəki fəaliyyəti dövründə X. İbrahimova dəfələrlə BMT üzvü olan dövlətlər tərəfindən BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin siyasi cəhətdən mühüm bir bəyannaməsinin BMT üzvü olan 150 ölkə arasında konsensus yolu ilə qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Bunadək o, xarici işlər naziri tərəfindən "Təşəkkür məktubu" verilmiş və "Diplomatik xidmətdə fərqlənməyə görə" medalı ilə təltif olunmuş səfirlər də daxil olmaqla on ən yüksək səviyyəli diplomatdan biri olub.
X. İbrahimova, həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.
Bunadək o, 2006-cı ildə xarici işlər nazirinin də dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Qeyd olunan agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Bu qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.
Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində — Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işləyib. X. İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.
2000-ci ildə X. İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Qeyd olunan layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.
1998-ci ildə o, Avropa İttifaqının Azərbaycan bölgələrinin inkişafını nəzərdə tutan birgə proqramında işləyib.