Xanım milyası

Xanım milyasının şimal tərəfdən bir hissəsinin görüntüsü

Xanım milyası (ing. Ladies' Mile) — Nyu-York şəhəri Midtaun Manhetten hissəsinin Fletayron rayonunun tərkibindəki tarixi ticari kvartal. Xanım milyası 14-cü23-cü küçələr, BrodveyAltıncı prospekt ilə ətraflanıb.

Rayonun populyarlığı XIX əsrin ikinci yarısının əvvəllərində "Macy’s" mağazasının 1858-ci ildə Altıncı prospektin və 14-cü küçənin kəsişməsində açılması ilə artdı, iki il sonra isə 23-cü küçə ilə kəsişmədə yerləşən Beşinci Prospekt hotelində Uels şahzadəsi VII Eduard gecələdi.

Sonrakı 20 il ərzində rayonda bir çox nüfuzlu mağazalar açıldı. Ticari istiqamətdən savayı rayonda restoranlar, musiqi və kitab mağazaları və nəşriyyatların işi yaxşı gedirdi. Xanım milyasında inşa edilən evlər tez -tez Avropa üslubunu təqlid edirdi.

ABŞ-nin bir çox birinci xanımları və görkəmli aktrisalar Xanım milyasında yerləşən mağazalardan alış-veriş etmişdi. Edit VartonHoras Qrili kimi görkəmli şəxslər burada yaşamışdılar.

1878-ci ildə Altıncı prospekt boyunca estakada dəmir yolunun inşası daha da çox alıcı axınına səbəb oldu. Ancaq Xanım milyasının qızıl dövrü uzun sürmədi. Birinci dünya müharibəsinin sonuna qədər bir çox mağaza rayonun şimalına köçürüldü. Boş qalan binaları manufakturalar ələ keçirdi və daha sonra onlar yaşayış binaları kimi istifadə olunmağa başladı.

1989-cu ildə Nyu-York Görməli Yerlərin Qoruma Komissiyası Xanım milyasına Tarixi Şəhər Görməli Yeri statusunu verdi.[1] 1990-cı illərdən və XXI əsrin əvvəllərindən bəri ərazinin ticari cazibəsinə yenidən maraq oyandı.

  1. "Ladies' Mile District Wins Landmark Status" (ingilis). The New York Times. 1989-05-07. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-11.
  • Ladies' Mile // The Encyclopedia of New York City (2). Yale University Press. Jackson K. T., Keller L., Flood N. 2010. 716. ISBN 0300182570.
  • Diamonstein-Spielvogel B. Ladies' Mile Historic District // The Landmarks of New York, Fifth Edition: An Illustrated Record of the City's Historic Buildings. Excelsior Editions. SUNY Press. 2011. 695–696. ISBN 1438437714.