Xana Kubadi (kürd. خانای قوبادی ) (1700, Cavanrud, Kirmanşah ostanı – 1759)[1][2] — kürd şairi. O, gorani dilində yazmış və Caf elindən idi. O, Ərdalan xanlığında Həvrami şeir məktəbinə mənsub idi və Dərnədə yaşamışdır. Kubadi Quranı gorani bilinə tərcümə etdiyi üçün qonşu Babana qaçmışdır.[3] Əsas nəşr olunan əsəri 1740-cı ildə yazılmış "Şirin və Xosrov"dur. Fars dilinə və ədəbiyyatına bələd olmasına baxmayaraq, şeirlərinin birində qeyd edildiyi kimi kürd dilindən istifadənin tərəfdarı olmuşdur.[4]
Xana Kubadi | |
---|---|
Doğum tarixi | 1700 |
Doğum yeri | |
Vəfat tarixi | 1759 |
Fəaliyyəti | şair |