Baban əmirliyi

Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur.

Sülalə
Baban əmirliyi
بابانيون
 
 

Paytaxt Süleymaniyyə
Rəsmi dilləri Osmanlıca
Dövlət dini İslam (sunni)
İdarəetmə forması monarxiya
 • (1649-1670) I.Babanzadə Əhmət paşa

Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda HamedanQəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur.

Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, ƏfşarlarZəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür.[1] Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.[2]

Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır. 1591 ilindəki bir başqa sənədə görə isə yenə Büğdüz boyundan olan Baban cəmaəti Konya sancağı və Sivrihisarda məskunlaşıblar.[3]

Baban Əmirləri İran sərhədi boyunca Osmanlı İmperiyasının təhlükəsizliyini təmin etmək müqabilində bəzi muxtariyyətlər ələ gətirdilər. Süleyman Bəy Şəhrizor əyalətini idarə edən ilk Baban əmiriydi. 1694-cü ildə Ərdalan xanlığınınn qüvvələri məğlub edərək Səfəvilərə hücum etdi.[4]

İraqdaki Süleymaniyyə şəhəri, 1781-ci ildə Baban əmiri Mahmud Paşa tərəfindən quruldu, Süleyman Paşanın şərəfinə adlandırılmışdır. eyni zamanda Baban Əmirliyinin paytaxtı olaraq da tanınıb.[5]

Baban Əmirləri 1723–1746-cı illərdə Səfəvinin yıxılış tarixindəki müharibələrində Osmanlı ordusuna kömək etdi. 1750-ci ildən 1847-ci ilə qədər Babanlar digər kürd Əmirlikləriylə rəqabət edirdi (SoranBotan kimi) və OsmanlılarQacarlar tərəfindən mərkəzləşdirilməsinin qarşısı alınırdı.[6] 19-cu əsrin ortalarında Osmanlı modernləşmə dövründə Əmirliyə son qoydu. Baban qiyamı üç il davam etdi, ancaq Osmanlı qüvvələri və kürd tayfaları tərəfindən qurulan koalisiyaya məğlub oldu. Son Baban hökmdarı Əhməd Paşa Baban 1847-ci ildə Köysancaq yaxınlığında məğlub oldu və Şəhr-i Zor bölgəsi Osmanlı İmperiyasına ilhaq edildi.[7]

Baban Əmirləri

[redaktə | mənbəni redaktə et]
  1. I. Babanzadə Əhmət paşa, 1649–1670
  2. I. Babanzadə Süleyman, 1670–1703
  3. I. Məhəmməd paşa, 1721–1731
  4. Xalid paşa, 1732–1742
  5. Səlim paşa, 1742–1754
  6. II. Süleyman paşa, 1754–1765
  7. II. Məhəmməd paşa, 1765–1775
  8. I. Abdullah paşa, 1775–1777 (Məmlük sülaləsi)?
  9. II. Əhməd paşa, 1777–1780
  10. I. Mahmud paşa, 1780–1782
  11. Babanzadə İbrahim paşa, 1782–1803
  12. Abdurahman paşa, 1803–1813
  13. II. Mahmud paşa, 1813–1834
  14. III. Süleyman paşa, 1834–1838
  15. II. Babanzadə Əhmət paşa, 1838–1847
  16. II. Abdullah paşa, 1847–1850
  1. W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
  2. M. Th. Houtsma, A. J. Wensinck, H. A. R. Gibb, W. Heffening and E. Levi-Provencal, First encyclopaedia of Islam (1993), Vol. VII, p.538, BRILL Publishers
  3. Özdemir, Alı rıza(?). Kayıp türkler, Etnik Coğrafia Bakımından Kürdleşen Türkmen Aşiretleri,5. baskı, Kripto:186
  4. Gábor Ágoston, Bruce Alan Masters (2009), Encyclopedia of the Ottoman Empire, p.70, Infobase Publishing, ISBN 9781438110257
  5. W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
  6. W. Behn, Baban Arxivləşdirilib 2020-09-30 at the Wayback Machine, Encyclopaedia Iranica
  7. Ely Banister Soane (2007), To Mesopotamia and Kurdistan in Disguise, p.371, Cosimo, Inc.