Xani Çarbağ vulusvalisi (puşt. خانه چارباغ ولسوالۍ) — Əfqanıstanda, Fəryab vilayətində inzibati–ərzi vahidi. İnzibati mərkəzi Çarbağ kəndidir. Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 1] 2015–ci ilə olan məlumatına əsasən Xani Çarbağ vulusvalisinin oturaq əhalisinin sayı 23.642 nəfərdir (11.641 nəfəri kişilər, 12.001 nəfəri qadınlar) və tamamiylə kənd yerlərində yaşayır.[2] Əfqanıstanın "Kəndlərin Bərpası və İnkişafı Nazirliyi" (ing. Ministry of Rural Rehabilitation and Development of Afghanistan) ilə "Birləşmiş Millətlərin İnkişaf Proqramı"nın (ing. United Nations Development Programme) birgə layihəsi olan "Ərazi yönümlü milli inkişaf prqoramı"na (ing. National Area-Based Development Programme) uyğun araşdırmaya əsasən 1.056 km² ərazini əhatə edən vulusvalidə, əhali 16 kənddə məskunlaşıb və bu kəndlərdə əhalinin 65%–ni özbəklər, 35%–ni isə türkmənlər təşkil edir.[3]
Xani Çarbağ vulusvalisi | |
---|---|
37°06′40″ şm. e. 65°13′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 278 m |
Saat qurşağı | |
Əhalisi | |
Rəsmi dili | |