Xansultan Daçiyev (rus. Хансултан Чапаевич Дачиев; 12 dekabr 1922, Qudermes rayonu, Çeçen Muxtar Vilayəti[d] – 2001, Qudermes, Çeçenistan) — İkinci Dünya müharibəsi dövründə Qırmızı Orduda xidmət etmiş çeçen süvari. 15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lakin sonradan etnik mənsubiyyətinə görə Cəlal-Abada sürgün edilmişdir. Lavrenti Beriyaya çeçen xalqının hüquqlarının geri qaytarılmasını tələb edən məktub yazmasından sonra tutuldu və iyirmi il həbs cəzasına məhkum edildi. Həbs edildikdən sonra Sovet İttifaqı Qəhrəmanı adı və digər hərbi medalları ləğv edildi. Nəhayət 1985-ci ildə sərbəst buraxıldı və bəraət aldı. Həmçinin Sovet İttifaqı Qəhrəmanı adı Mixail Qorbaçov tərəfindən ona yenidən verildi.
Xansultan Daçiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 dekabr 1922 |
Doğum yeri |
|
Vəfat tarixi | 2001 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | piyada |
Rütbəsi | kiçik leytenant, SSRİ Silahlı Qüvvələri |
Döyüşlər |
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Xansultan Daçiyev 12 dekabr 1922-ci ildə indiki Çeçenistanda yerləşən Qerzel-Aul bölgəsində kəndli ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra yerli kənd sovetində katib işləmişdir.[1]
Xansultan Daçiyev 1941-ci ildə Qırmızı Ordu sıralarına qatılmışdır. 1942-ci ilin iyununda ön cəbhəyə gətirilmiş və Dnepr hücumu dövründə 58-ci Mühafizə Süvari Alayında qəhrəmanlığı ilə seçilmişdir.[2] 23 sentyabr 1943-cü ildə gecə vaxtı Xansultan Daçiyev və yoldaşı Dnepri keçdi və çayın qərb sahilində düşmənə qarşı iki kilometrlik müdafiə xətti qurdu. Həmçinin hərbi məlumatları ağır atəş altında çatdırmağı bacardı. Xansultan Daçiyevin sayəsində Sovet qoşunları 1943-cü il sentyabrın 26-da Dnepri keçə bildilər. Bu uğuruna görə Çeçen-inquş sürgününün başlanmasından bir neçə həftə əvvəl, 15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı elan edildi. Müharibənin qalan hissəsi dövründə Novoçerkassk Süvari Məktəbində təhsil aldı və təhsilini ki,ik leytenant rütbəsi ilə bitirdi.[1][3]
Xansultan Daçiyev 1946-cı ildə Sovet İttifaqı Qəhrəmanı və müharibə veteranı olmasına baxmayaraq Qırmızı Ordudan tərxis olundu. Çeçen olduğu üçün xain damğası vurularaq Cəlal-Abada sürgün edildi. Lavrenti Beriyaya çeçen xalqının hüquqlarının geri qaytarılmasını tələb edən bir məktub yazmasından sonra tutuldu və iyirmi il həbs cəzasına məhkum edildi. 1955-ci ildə ona verilmiş Sovet İttifaqı Qəhrəmanı adı SSRİ Ali Soveti tərəfindən ləğv edildi. 1985-ci ildə sərbəst buraxıldı və bəraət aldı. Həmçinin Sovet İttifaqı Qəhrəmanı adı Mixail Qorbaçov tərəfindən ona yenidən verildi.
İki dəfə infarkt keçirdikdən sonra 2001-ci ilin may ayında 78 yaşında vəfat etdi.[4]
Xansultan Daçiyevin həyat hekayəsi yazıçılar üçün ilham mənbəyi olmuşdur. Doğulduğu şəhərdəki bir çox küçəyə onun adı verilmişdir.[5][6] Hoj-Əhməd Bersanov "Polad qığılcımı" (rus. Стальная искра) adlı kitabını yazarkən Xansultan Daçiyevin həyatından ilham almışdır.[7]