Qudermes rayonu

Qudermes rayonu (çeç. Гуьмсан кӏошт[4]) — Rusiya Federasiyası, Çeçenistan Respublikasının tərkibindəki inzibati ərazi vahidi. İnzibati mərkəzi Qudermes şəhəridir.

Qudermes rayonu
Гуьмсан кӏошт
Bayraq Gerb
Bayraq Gerb

43°21′ şm. e. 46°06′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Qudermes[1]
Tarixi və coğrafiyası
Yaradılıb mart 1922
Sahəsi
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 181.085 nəf. (2024)[3]
Rəqəmsal identifikatorlar
Telefon kodu 87152
Rəsmi sayt
Qudermes rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qudermes rayonu Çeçenistan Respublikasının şərq hissəsində yerləşir. Relyefi əsasən düzəndir, cənub hissəsindən isə Gudermes silsiləsi qalxır.

Şimalda Şelkovski rayonu, Dağıstan Respublikasının şərqdə Xasavyurd rayonu və cənub-şərqdə Novolak rayonu ilə, cənub-şərqdə Nojay-Yurt rayonu, cənubda Kurçaloyevski rayonu, cənub-qərbdən Şali rayonu və qərbdən isə Qroznı rayonu ilə həmsərhəddir. Bölgə ərazisindən bir çox çay axır: Qums (Belka), Calka (Qara), Sunja və Terek.

Qudermes rayonu Çeçen regional icraiyyə komitəsinin 1922-ci ilin martında çıxardığı bir qərarla, Vedeno rayonundan ayrılaraq müstəqil bir rayona çevrildi. Çeçen Regional İnqilab Komitəsinin 23 yanvar 1923-cü il tarixli qərarı ilə isə mərkəzi Qudermes kəndi olan Qudermes rayonu Qudermes dairəsi olaraq adlandırıldı[5].

Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 30 sentyabr 1931-ci il tarixli qərarı ilə Qudermes dairəsi yenidən Qudermes rayonu adlandırıldı. 15 yanvar 1934-cü ildə Çeçen-İnquş Muxtar Bölgəsinə aşağıdakı kənd sovetləri daxil oldu - Azamat-Yurtovski, Alleroevski, Baçi-Yurtovski, Qerzel-Aulski, Qudermes, Cuqurtinski, İsti-Sunski, İşxoy-Yurtovski, Kadi-Yurtovski, Koşkeldinski, Kurçaloyevski, Mayrtupski, Neuberdinski, Oysurqunski, Sentaroevski, Elesxan-Yurtovski, Engel-Yurtovski, Daut-Yurtovski və Braqunski.

23 yanvar 1935-ci ildə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Çeçen-İnquş Muxtar Vilayəti Qudermes rayonunun bir hissəsi yeni yaradılan Kurçaloyevski rayonuna verildi.

Urbanizasiya

Rayon ərazisində ümumi əhalinin 36.12 % şəhərlərdə yaşayır.

Milli tərkib

2010-cu il Ümumrusiya siyahıya alınmasının məlumatlarına görə rayonun milli tərkibi haqqında aşağıdakı məlumatlar verilmişdir (Qudermes şəhəri istisna)[6]:

Xalq Say,
nəf.
Ümumi əhaliyə
olan nisbəti, %
çeçenlər 73 856 94,56 %
qumuqlar 4 066 5,21 %
digərləri 82 0,10 %
bildirməyənlər 104 0,13 %
ümumi 78 108 100,00 %

İnzibati ərazi bölgüsü

[redaktə | mənbəni redaktə et]

Qudermes rayonuna eyni adlı 22 inzibati ərazi vahidliyi daxildir. Ümumilikdə 1 şəhər və 21 kənd tipli yaşayış məntəqəsi mövcuddur.

İqlim şəraiti istilik sevən bitkilərin becərilməsi üçün əlverişlidir. Burada düyü, qarğıdalı, üzüm və s. bu kimi bitkilər əkilir. Bölgədə neft və qaz sahələri mövcuddur.

Rayon 4 istiqamətdən gələn dəmir yolu qovşağında yerləşir - Həştərxan, Bakı, Mozdok, Qroznı.

Rayon mərkəzinə şəhərlərarası və beynəlxalq avtobus xətləri fəaliyyət göstərir.

  1. 1 2 3 http://www.gks.ru/free_doc/2016/oktmo/tom4_oktmo.rar.
  2. http://www.gks.ru/dbscripts/munst/munst96/DBInet.cgi?pl=8006001.
  3. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года"..
  4. "Бовза хьай Дайхмохк". 2019-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-10.
  5. "Паспорт Гудермесского муниципального района. 1. Историческая справка". 2019-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-11.
  6. "Том 4 книга 1 "Национальный состав и владение языками, гражданство"; таблица 1 "Национальный состав населения Чечни по городским округам, муниципальным районам, городским населённым пунктам, сельским населённым пунктам с численностью населения 3000 человек и более"". 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-01.