Xanthium aridum

Adi pıtraq (Xanthium strumarium)

Adi pıtraq
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Xanthium abyssinicum Wallr.
  • Xanthium acerosum Greene
  • Xanthium acutilobum Millsp. & Sherff
  • Xanthium acutum Greene
  • Xanthium affine Greene
    • Xanthium albinum subsp. ripicola (Holub) J. Dostal
  • Xanthium americanum Walt.
  • Xanthium americanum Walter
  • Xanthium arcuatum Millsp. & Sherff
  • Xanthium arenarium Lasch
  • Xanthium aridum St.John
  • Xanthium barcinonense Sennen
  • Xanthium brevirostre Hochst. [Invalid]
  • Xanthium brevirostre Wallr.
  • Xanthium bubalocarpon Bush
    • Xanthium californicum var. rotundifolium Widder
  • Xanthium calvum Millsp. & Sherff
  • Xanthium campestre Greene
  • Xanthium cenchroides Millsp. & Sherff
  • Xanthium chasei Fernald
  • Xanthium chinense Mill.
    • Xanthium chinense var. chinense
    • Xanthium chinense var. globuliforme C.Shull
  • Xanthium cloessplateaum D.Z.Ma
  • Xanthium commune Britton
    • Xanthium commune var. commune
  • Xanthium cordifolium Stokes
  • Xanthium crassifolium Millsp. & Sherff
  • Xanthium cuneatum Moench
  • Xanthium curvescens Millsp. & Sherff
  • Xanthium cylindraceum Millsp. & Sherff
  • Xanthium cylindricum Millsp. & Sherff
  • Xanthium decalvatum Widder
  • Xanthium discolor Wallr.
  • Xanthium echinatum Murray
    • Xanthium echinatum var. cavanillesii (Schouw) O.Bolòs & J. Vigo
    • Xanthium echinatum subsp. echinatum
    • Xanthium echinatum var. echinatum
    • Xanthium echinatum var. italicum (Moretti) O.Bolòs & J. Vigo
    • Xanthium echinatum subsp. italicum (Moretti) O.Bolòs & J. Vigo
  • Xanthium echinellum Greene ex Rydb.
  • Xanthium echinellum Greene
  • Xanthium fuscescens Jord. & Fourr.
  • Xanthium glabratum (DC.) Britton
  • Xanthium glanduliferum Greene
  • Xanthium globosum C.Shull
  • Xanthium homothalamum Spreng.
  • Xanthium indicum Klatt [Illegitimate]
  • Xanthium indicum DC.
  • Xanthium indicum Roxb.
    • Xanthium indicum var. indicum
  • Xanthium inflexum Mack. & Bush
    • Xanthium italicum var. albinum Widder
  • Xanthium japonicum Widder
  • Xanthium leptocarpum Millsp. & Sherff
  • Xanthium longirostre Wallr.
  • Xanthium macounii Britton
    • Xanthium macrocarpum var. glabratum DC.
  • Xanthium mongolicum Kitag.
  • Xanthium monoicum Gilib. [Invalid]
  • Xanthium nigri Ces.
  • Xanthium occidentale Bertol.
  • Xanthium oligacanthum Piper
    • Xanthium orientale f. laciniatum (Pouzolz) Thell. ex Widder
    • Xanthium orientale var. riparium (Itzigs. & Hertsch) Adema & M. T. Jansen
  • Xanthium oviforme Wallr.
  • Xanthium pennsylvanicum Gand. [Illegitimate]
    • Xanthium pungens var. cylindricum (Millsp. & Sherff) Widder
    • Xanthium pungens var. denudatum Widder
    • Xanthium pungens var. globosum (Shull) Widder
  • Xanthium riparium Lasché
  • Xanthium ripicola J. Holub
  • Xanthium roxburghii Wallr.
    • Xanthium saccharatum subsp. aciculare Widder
    • Xanthium saccharatum subsp. commune (Britton) Widder
    • Xanthium sibiricum var. subinerme (C.Winkl.) Widder
  • Xanthium speciosum Kearney
  • Xanthium sphaerocephalum Salzm. ex Ball
    • Xanthium strumarium var. arenarium (Lasch) Uechtritz
    • Xanthium strumarium var. canadense (Mill.) Torr. & A.Gray
    • Xanthium strumarium var. glabratum (DC.) Cronquist
    • Xanthium strumarium var. hausmanni Widder
    • Xanthium strumarium var. oviforme (Wallr.) M.Peck
    • Xanthium strumarium var. pensylvanicum (Wallr.) M.Peck
    • Xanthium strumarium f. purpurascens S. Priszter
    • Xanthium strumarium subsp. strumarium
    • Xanthium strumarium f. strumarium
    • Xanthium strumarium var. strumarium
    • Xanthium strumarium var. wootonii (Cockerell) W.C.Martin & C.R.Hutchins
    • Xanthium strumarium var. wootonii (Cockerell) M.Peck
  • Xanthium varians Greene
  • Xanthium wootoni Cockerell ex de Vries
  • Xanthium wootonii Cockerell[2]

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20–60 sm olan qısa xovlu-tüklü birillik bitkidir. Gövdəsi budaqlıdır. Yarpaqları uzun saplaqlı, enli yumurtavari, üçdilimli, azacıq ürəkvaridir, qıraqları qeyri-bərabər diş-dişli, altdan bir qədər solğundur. Səbətləri sünbül şəklində yarpaq qoltuğunda yığılmışlar. Dişi səbətlərin meyvəyanı sarğısı 10–15 mm uzunluqda, elliptik, bozumtul-yaşıl rəngdə, tüklücədir, ucunda iki haçalanan tikan olan qopartikanla örtülmüşdür. İyun-avqust aylarında çiçəkləyir, avqustoktyabr aylarında meyvə verir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Adi pıtraq boreal coğrafi tipinin avropa sinfinin aralıq dənizi-avropa qrupuna aiddir. Avropa, Aralıq dənizi, Balkan-Kiçik Asiya ölkələri, Şimali Amerika, İran, Əfqanıstan, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi pıtraq Böyük Qafqazın Quba massivi, Abşeron, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqları, Kür düzənliyi, Alazan-Əyriçay vadisi və Lənkəranın dağlıq hissəsində arandan aşağı dağ qurşağına kimi (dəniz səviyyəsindən 800 (900) m qədər) bitir. Ekoloji qrup və bitdiyi yerlər. Kseromezofitdir, meşə-kol və alaq bitkilik tiplərində rast gəlir. Alaq bitkisi kimi əkinlərdə, bostanlarda, dəniz sahilində qumsallıqlarda, baxımsız (zibillik) olan yerlərdə, yol kənarlarında, meşələrdə, kolluqlarda və çaqıl daşlıqlarda kiçik (3–7 fərd) qruplar əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

Flavonoid, efir və piyli yağlar, alkaloid, C və B1 vitaminləri, aşı və acı maddələri, steroid, saponin, fenol-karbon turşuları və seskviterpenoidlərlə zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Eksperimental və ya klinik olaraq Çin, Koreya, Hind və xalq təbabətində, homeopatiya və farmakoligiyada, eləcə də baytarlıqda tətbiq edilir. Əsasən qaraciyər, sidik kisəsi, kolit, dizenteriya, bəd xassəli şişlər, bronxial astma, astsit, artrit, allergiya, göz, skrofulyoz, dəri, sarılıq, babasil və zob xəstəliklərində, kəskin respirator infeksiyalar, ishal, soyuq dəymə və əqrəbvurma zamanı istifadə olunur. Ağrıkəsici, tərlədici, sakitləşdirici, yarasağaldıcı, büzüşdürücü, hərarəti salan, antihelmint, antiseptik, antibakterial və fungisid təsirə malikdir.

Əkstəsirləri

[redaktə | mənbəni redaktə et]

Zəhərli bitki olduğuna görə həkim məsləhəti ilə istifadə olunmalıdır.

Hamiləlik dövründə istifadə etmək olmaz.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədilə bitkinin yerüstü hissəsi, yarpaqları, meyvələri və kökləri istifadə edilir.

İstifadə formaları.

[redaktə | mənbəni redaktə et]

Dəmləmə, cövhər və şirəsi.

Vitaminli, bal verən və boyaq bitkisidir.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 987.
  2. Adi pıtraq:''The Plant List saytında takson barədə məlumat. (ing.)