Xariton Pliyev (oset. Плиты Хадо; 19 sentyabr 1908, Ruk[d], Tiflis quberniyası – 26 dekabr 1966, Orconikidze) — Cənubi Osetiya şairi və tərcüməçisi. Kosta Xetaqurov adına Dövlət Mükafatı laureatı (1972)[1].
Xariton Pliyev | |
---|---|
oset. Плиты Хадо | |
Doğum tarixi | 19 sentyabr 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 26 dekabr 1966 (58 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, tərcüməçi |
1908-ci ildə Tiflis quberniyasının Ruk kəndində kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini yerli bir məktəbdə alır. 1928-ci ildə "Fidiuaq" ədəbi jurnalında "Kosta" və "Bahar gəldi" (oset. «Ралӕууыд уалдзӕг») adlı ilk şeirlərini çap etdirir. 1926-cı ildə 1930-cu ildə bitirdiyi Stalinir Pedaqoji Texnikumuna daxil olur. Sonra iki il müəllim[2] və "Bolşevikon Aivad" (Bolşevik incəsənəti) qəzetinin redaktoru olaraq çalışır[3]. 1931-ci ildə Cənubi Osetiyadakı vətəndaş müharibəsini təsvir etdiyi "Səlimət" adlı ilk şeiri nəşr olunur. 1932-ci ildən Moskva Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsində təhsil alır. 1932-ci ildə "Qığılcım" (oset. «Цӕхӕртӕ») adlı ilk şeirlər toplusunu nəşr etdirir. 1934-cü ildən Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutunun ədəbiyyat fakültəsinin tələbəsi olur. 1936-cı ildə institutu bitirmədən Osetiyaya qayıdır və orada respublika radio yayımı komitəsinin uşaq verilişlərinin redaktoru vəzifəsində işləməyə başlayır. Sonra “Rastcinad” qəzetinin ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır.
1937-ci ildən Cənubi Osetiya Yazıçılar Birliyinin İdarə Heyətinin sədri olur[4]. 1940-1942-ci illərdə Cənubi Osetiya Araşdırma İnstitutunda və Stalinir Pedaqoji İnstitutunda çalışmışdır. 1942-ci ildən Böyük Vətən müharibəsində iştirak edir. 1944-cü ildə ordudan tərxis olunduqdan sonra Orconikidzedə “İr” nəşriyyatında, “Max duq” ədəbi jurnalının və “Gənc kommunist” qəzetinin redaksiyalarında işləyir.
Müəllifin ən mühüm əsərlərindən biri müəllifin hələ Böyük Vətən müharibəsi başlamazdan əvvəl yazmağa başladığı və 1950-ci ildə nəşr etdirdiyi “Qələbə əfsanəsi” (oset. «Уӕлахизы кадӕг») toplusu olmuşdur. Aleksandr Puşkin, Mixail Lermontov, Nikolay Nekrasov və Taras Şevçenkonun əsərlərini osetin dilinə tərcümə etmişdir. Şair 26 dekabr 1966-cı ildə Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası Orconikidze şəhərində dünyasını dəyişmişdir.
Tsxinvalidə bir küçə Xariton Pliyevin adını daşıyır.