2024-cü il Xarkov hücumu — Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərini ələ keçirmək uğrunda 2024-cü ilin 10 may tarixindən etibarən başladığı hərbi əməliyyatlar. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkənin Xarkov vilayətinin sərhəd zonasında şiddətli döyüşlər gedir.
Xarkov hücumu | |||
---|---|---|---|
Rusiya–Ukrayna müharibəsi (2022) | |||
| |||
Tarix | 10 may 2024–h.h. | ||
Yeri | Xarkov vilayəti, Ukrayna | ||
Münaqişə tərəfləri | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Prezidentin 12 may tarixli açıqlamasında deyilir; Müdafiə döyüşləri davam edir, sərhəd zolağımızın əhəmiyyətli bir hissəsində şiddətli döyüşlər gedir. Elə kəndlər var ki, əslində boz zonadan hərbi əməliyyatlar zonasına çevrilib və işğalçı onların bəzilərində möhkəmlənməyə, digərlərindən isə sadəcə olaraq daha da irəliləmək üçün istifadə etməyə çalışır.
Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiya İdarəsi ehtiyatların Xarkov istiqamətinə köçürüldüyünü açıqlayıb. 11 may tarixində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Xarkov vilayətində çətin vəziyyət olduğunu açıqlayıb və əlavə edib ki, qoşunları gücləndirmək üçün əvvəllər yaradılmış ehtiyatlar Xarkov istiqamətinə köçürülüb.[1][2]
Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbovun verdiyi məlumata görə mayın ilk həftəsindən etibarən 7 mindən çox şəhər sakini vilayətdən təxliyə edilib. Rusiya tərəfinin artan hücumları fonunda şəhəri tərk edən mülki insanların sayı günü-gündən çoxmaqdadır.
Rusiyanın nəzarətində olan mətbu orqanların verdiyi məlumata görə 13 may, 2024-cü il tarixində Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin 4 qəsəbəsində nəzarəti ələ keçirib. RSQ-nin instensiv hücumları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin mənsubları Qatişçe, Krasnoye, Morohovets və Oleynikovo yaşayış məntəqələrindən geri çəkilməyə məcbur qalıblar. Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı Xarkov istiqamətində əməliyyat vəziyyətinin ağır olaraq qalması və dinamik olaraq dəyişməsi, işğalçıların Volçansk uğrunda döyüşdə taktiki uğur əldə etməsi haqda məlumat verir.[3][4][5]
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Litvinenkonun verdiyi məlumata görə sözügedən hücum əməliyyatlarında 30 mindən çox rus əsgəri iştirak edir.[6]