Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Xarxar — Güney Azərbaycan ərazisində mövcud olmuş tarixi şəhər. Təxminən indiki Həmədanın qərbində yerləşmişdir.[1]
E.ə. 716-cı ildə Assuriya hökmdarı II Sarqon Urmiya gölü boyunca rayona, xüsusən Mannalar ölkəsinə yürüş etdi. II Sarqon bir neçə vilayəti və qalanı, o cümlədən mühüm qala sayılan Kişessunu işğal etdi. Xarxar da tutuldu və sakinləri əsir edilib aparıldı. İşğal edilmiş vilayətlərdə II Sarqon daha iki əyalət — Xarxar və Kişessu əyalətlərini yaratdı.[2]