Xasay İbrahim oğlu Musayev — AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Elastiklik və plastiklik nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri namizədi, dosent.
Musayev Xasay | |
---|---|
Xasay İbrahim oğlu Musayev | |
Doğum tarixi | |
Doğum yeri | Qaramanlı, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | mexanika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi |
Elmi adı | dosent |
İş yerləri | Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu |
Xasay İbrahim oğlu Musayev 13 iyul 1929-cu ildə Azərbaycan Respublikası Yevlax rayonunun Karamanlı kəndində anadan olmuşdur. 1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənnindən dərs demişdir. 1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrasında əyani sonra isə qiyabi aspirantı olmuşdur.
1975-ci ildə professor Y.Ə.Əmənzadənin rəhbərliyi altında “Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli ” mövzusunda Azərbaycan Respublikası Politexnik İnstitutunda texnika elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyanı müdafiə etmişdir. 2000-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun “Elastiklik və plastiklik nəzəriyyəsi” şöbəsinin kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi vəzifəsində çalışır.
2011-ci ildə “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dosent elmi adı almışdır.
1949-1951-ci illərdə Agdam Dövlət Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsi, tələbə
1955-1960-cı illərdə Azərbaycan Respublikası Politexnik İnstitutunun “Sənaye mülki tikinti” fakültəsi, tələbə
1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri mexanika kafedrası, aspirant
1975-ci il Azərbaycan Respublikası Politexnik İnstitutu, texnika elmləri namizədi
Dissertasiyanın adı: "Dairəvi olmayan hamar və qabırqalı örtüklərdə bir neçə sərhəd məsələlərinin həlli"
1951-1954-cu illərdə Yevlax rayonu Malbinəsi kənd orta məktəbində və Yevlax şəhər 1 nömrəli orta məktəbdə riyaziyyat fənni üzrə müəllim
1960-1970-ci illərdə Azərbaycan Dövlət Layihə İnstitutunda konstruktor
2000-ci ildən indiyə kimi kiçik elmi işçisi, elmi işçi və aparacı elmi işçi "Elastiklik və plastiklik nəzəriyyəsi" şöbəsi.
47 - elmi məqalənin müəllifidir.